Liftlərdə təhlükəsizlik - Elmar Nurəliyev

Bakıda köhnə tikililərdə zaman-zaman baş verən xoşagəlmız hadisələr binalarda lift mövzusunu gündəmə gətirir. Paytaxtda əksər binalarda liftlərin istismar müddəti bitib. Büdcədən ayrılan vəsait hesabına şəhərin bir hissəsində liftlərin bəziləri dəyişib, bəziləri əsaslı təmir edilib, bəziləri isə hələ də ölüm təhlükəsi saçır. Lakin bədbəxt hadisələrə yalnız liftlərin köhnə olması səbəb deyil. Bəzi hallardan liftlərdən düzgün istifadə edilməməsi də faciələrə yol açır. Əslində, liftlərdən necə istifadə olunmalıdır? Əksər üçün bəsit (girdin düyməni basdın qalxdın, düyməni basdın düşdün) görünən bu qaydaları bilmək şəhər əhalisi üçün olduqca vacibdir. Ən azından təhlükəsizlik baxımından.

Milli.Az xəbər verir ki, Elmar Nurəliyev hesab edir ki, düzgün istifadə qaydaları pozularsa, yaxud sakinlər tərəfindən kənar müdaxilələr olarsa, onda rahatlığımız üçün olan bu qurğu bizim həyatımız üçün təhlükə mənbəyi olar.

Ona görə liftdən istifadə edən sakinlər təhlükəsizlik qaydalarına riayət etməlidir. Təhlükəsizlik üzrə ekspertin sözlərinə görə, ilk öncə, liftin çağırış düyməsini ikisini eyni anda (həm yuxarı, həm də aşağı) basmaq olmaz, liftə minərkən əgər yanınızda körpə uşaq varsa, birinci özünüz daxil olun, sonra əlindən tutub uşağı, yanınızda ev heyvan (it, pişik) varsa, birinci heyvanı salın, sonra özünüz daxil olun.

Qalxacağınız (düşəcəyiniz) mərtəbənin düyməsini basın, digər düymələri qurdalamaq olmaz. Uşaqların liftin qapısının yanında dayanması təhlükəlidir. Liftin içərisində olanda güzgü varsa, bir az aralı durmaq lazımdır, güzgüyə söykənmək olmaz, içəridə liftin qapısına, tavana, düymələrə toxunmaq olmaz. Liftdən istifadə qaydalarında göstərilən adam sayından çox minmək, lifti natəmiz saxlamaq, içəridə sərt hərəkətlər etmək, qapını aralamaq olmaz.

Lift hərəkətdə olarkən xarab olub dayansa, içərisində olanlar nə etməli?

Elmar Nurəliyev deyir ki, bu zaman çağırış düyməsini basıb kömək çağırmaq, o işləmədikdə qapıları zədələməmək şərti ilə döyərək kömək çağırmaq, mobil telefon vasitəsi ilə 112 çağrı mərkəzinə zəng edib kömək çağırmaq lazımdır. Kənar şəxslərin liftə müdaxilə etməsi yolverilməzdir.

Xarab olmuş liftdə qalan şəxsə necə kömək etmək lazımdır?

Ekspertin sözlərinə görə, liftdə qalan şəxs qorxu həyəcan keçirdiyindən özünü pis hiss eləyə bilər. Ən əsas da bu uşaqlar, yaxud qadınlar olarsa. Onlarla söhbət edib, ciddi bir şey olmadığını söyləmək, qorxmamaq üçün mənəvi dəstək olmaq lazımdır. Kənar şəxlərin liftə müdaxilə etməsi, qapılarına hər hansı alət salmaq, yuxarı şaxta otağına çıxıb orada hər hansı əməliyyat aparmaq yolverilməzdir.

Nasaz liftdə qalanlara Bakı Lift İdarəsinin işçiləri, yaxud FHN-in xilasetmə qrupu tərəfindən yardım edilir və ətrafda olan digər adamlar isə işə maneçilik törətməməklə onlara şərait yaratmalıdır. Azyaşlı uşaqların lifdən tək istifadə etməsi məsləhət deyil. Unutmayaq ki, burada söhbət insan həyatından gedir. Fövqəladə vəziyyətdə liftən istifadə etmək olar? Yanğın, zəlzələ və.s fövqəladə hallar zamanı liftdən istifadə etmək olmaz. Əgər lift nasazdırsa, içərisində işıq yanmırsa belə, liftə minmək məsləhət deyil. Bu, sizin həyatınız üçün təhlükəli ola bilər. Yaxşı olar ki, digər qonşuları da məlumatlandırasınız.

"Bilirik ki, liftlərin təmiri çox xərc tələb edən məsələdir. Bunu Bakı Lift Təmir İstehsalat İdarəsi həyata keçirir. Prezident tərəfindən liftlərin təmiri, bu sahədə olan nöqsanların aradan qaldırılması üçün milyonlarla manat vəsait ayrılıb. Lakin yenə də köhnə, istifadəyə yararsiz liftlərə rast gəlmək olur. Bunlar, əsasən, köhnə binalarda daha çox olur. Təzə binalarda tikinti şirkətləri binanı təhvil verdikdən sonrada, əsasən, idarəçiliyi öz əllərində saxlayırlar. Hər ay sakinlərdən müəyyən qədər pul yığılır ki, bu vəsait də binanın daxili işlərinə (mühafizə, təmir, bolklarda işıq, təmizlik, lift və.s) xərclənir. Ona görə təzə binalarda liftin nasaz olması hallarına olduqca az rast gəlinir", - söyləyən Elmar Nurəliyev lift idarəsinin xərcləri üçün vəsait qazanmağın yolunu da göstərir: 

"Lakin köhnə binalarda həm lift haqqının ödənişində narazılıqlar olur, həm də liftin işləməsində.

Sakinlər lift idarəsini təqsirkar bilirlər, idarə isə sakinləri. Təbii məsələnin həm obyektiv, həm subyektiv səbəbləri vardır. Əgər bir binada sakinlərin müəyyən faizi aylıq ödənişi vermirsə, yaxud kiminsə səhlənkarlığı ucbatından lift xarab edilirsə, bu da digər sakinlərin haqlı narazılığına səbəb olur. Liftin təmiri isə kifayət qədər vəsait tələb edir. Liftlərdə reklamların yerləşdirilməsi ilə bağlı layihə işləyib hazırlamaq olar. Bakı Lift Təmir İstehsalat İdarəsinin nəzarətində təxmini 5000-dən çox lift var və 900.000-dən çox vətəndaşa xidmət göstərir.

Nəzərə alsaq ki, bu, bir milyona yaxın bir auditoriyanı əhatə edir, o zaman reklamın effekliyini anlamaq olar. Gündəlik istifadə olunan malların, ərzaq məhsullarının, xidmət sahələrinin reklamı daha uğurlu olar. Əldə olunan vəsaitlə də liftərin təmir xərclərinin ödənilməsini təmin etmək olar".

Ömər
Milli.Az

0.052160978317261