Haqqımızda

Neymar.az Security News saytı Qeyri dövlət-özəl mühafizə sahəsində çalışan mühafizəçilər (security)və bu sahədə çalışmaq istəyən şəxslər üçün yaradılmışdır. İlk öncə mühafizəçi (security) işi axtaranlar üçün saytda CV yerləşdir bölməsinə daxil olaraq öz CV-lərini bura yerləşdirə bilərsiz ki , bu da sizə həm tez həmdə  təcrübənizə, yaşayış yerinə yaxın, sizi qane edəcək əmək haqqına uyğun iş təkliflərinə açıq edəcək.

XİDMƏTLƏRİMİZ: Obyeklərin etibarlı mühafizəsinin təşkil edilməsi ilə bağlı maarifləndirici məlumatların saytda yerləşdirilməsi (zavod, fabrik, istehsalat sahələri, xidmət sahələri, bazarlar, otel və istirahət mərkəzləri və s.

Yanğın təhlükəsizliyi, odsöndürən balonlar, hidrantlar, su dirəkləri, yanğın şitləri, yanğın topları və s. yanğına qarşı vasitələrin satışı, texniki xidmət ilə bağlı məlumatlandırıcı və maarifləndirici mövzular.

Neymar.az  Security News saytı Mühafizə şirkətləri ilə sıx əməkdaşlıq edərək onların da fəaliyyətinin şirkətlər , idarə və müəssələr , zavod-fabriklər , iaşə və ticarət , otellər və s. digər təyinatlı obyeklər üçün keyfiyyətli və etibarlı qoruma təkliflərini yayımlayacaq.

Neymar.az Security News saytında “ Security Mall “ bölməsində bütün növ təhlükəsizlik avadanlıq və vasitələri , yanğın təhlükəsizliyi avadanlıqları , nəzarət müşahidə kameraları , turniketlər, şlaqbaunlar , barmaq izi cihazları , damafonlar  , ağıllı ev sistemləri və s. asanlıqla əldə edə bilərsiz.

neymar.az