Dənizdə batanlarla bağlı ekspertdən açıqlama: - Elmar Nurəliyev

Dəniz mövsümü açıq elan olunduğu gündən suda boğulanların sayında artım müşahidə olunur. Növbəti boğulma faktı iyulun 28-də Pirşağı çimərliyində qeydə alınıb.

Məlumata görə, batan 4 nəfərdən ikisinin meyiti hadisədən bir neçə dəqiqə sonra çıxarılıb, cənazələri ailə üzvlərinə təhvil verilib.

Neymar.az xəbər verir ki , məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bizimyol.info-ya bildirib ki, çimərlik mövsümü başlayandan dəniz onlarla insanın canını alıb: “Nə qədər maarifləndirmə aparılsa belə yenə də insanlar öz həyatlarına biganə yanaşırlar. Çimərliyə gedərkən təhlükəsizlik qaydalarına əməl etmirlər. Heç bu barədə belə fikirləşmirlər. Bilirsiz burada söhbət tək insanların məsuliyyətindən getmir. İnsanlar öz həyatlarına məsuliyyətsiz yanaşır”.

Ekspert Elmar Nurəliyev bildirib ki, dənizdə boğulma faktlarına əsasən bu hallar qeyri-çimərlik ərazilərində baş verib: “Bir nəfər də çimməyə icazə verilən çimərlikdə boğulmayıb. Bəs onda bu qeyri-çimərlik əraziləri nə üçündür? Kim nəzarət edir buralara? Hansı qurumun balansındadır bu qeyri-çimərliklər? Kim məsuliyyət daşıyır? Axı insanlar niyə görə bu qədər bədbəxt hadisələri eşitməyə rəğmən yenə də nəzarətsiz çimərliyə gedir?

Bəlkə çimərliyə icazə verilən yerlərin sayı azdır, insanlar orda yer olmadığı üçün gedirlər qeyri-çimərlik yerlərinə. Nəzarət olunan çimərliklərə Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətinin xilasediciləri çimərliyə nəzarət edir, suda boğulma halları, qadağanedici nişanların tələbini pozanlar olanda dərhal müdaxilə edirlər. Belə məntəqələrin sayının Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətinin mətbuata açıqlamasında 43 olmasını bildirmişdır. Çimərlikdə hər gün boğulma hallarının baş verməsi , özüdə nəzarətsiz yerlərdə baş verməsi bu xilasetmə məntəqələrinin sayının artırılmasına ehtiyyac yaradır. Burada digər qurumların da köməyindən istifadə etməklə əlavə işçi qüvvəsi cəlb edilib nəzarətsiz çimərliklərdə nəzarət mexanizmi təşkil etmək , təhlükəsizliyi təmin etmək olar.

Hesab edirəm ki çimərliklərdə monitorinq aparılmalı, qeyri-çimərliklərə gedən insanların sayı, qeyri – çimərliklərin siyahısı tutulmalı və icazəli çimərliklərin qəbul edə biləcəyi insan sayı ilə bağlı araşdırma aparılıb, ortaya çıxan nəticə ilə çimərliklərdə təhlükəsizlik məsələsini həll etmək olar. Xilaestmə məntəqələrinin sayı artırılmalı , əlavə işçi qüvvəsi (dövlət yaxud özəl müəssələrdən də cəlb etmək olar), digər dövlət qurumlarının da köməyi ilə nəzarətsiz çimərliklərə naryad ayrıla bilərki təhlükəsizlik təmin olunsun.

Ən vacibi qeyri-çimərlik əraziləri ümumiyyətlə yığışdırılmalıdır. Yəni qeyri-çimərlik yaxud nəzarətsiz çimərlik anlayışı ləvğ edilməlidir. Əgər çimərliyə giriş varsa orada təhlükəsizlik tədbirləri görülüb insanların rahat istirahətini təşkil etmək lazımdır”.

Ramid İbrahimov

0.026523113250732