Binaların altındakı obyektlər sakinlər üçün təhlükə yaradır? - REPORTAJ
Bir neçə gün əvvəl Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinin baş verməsinə bir neçə səbəb göstərilib.
Onlardan biri də binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış obyektlərinin - restoran və klinikanın fəaliyyət göstərməsi idi.
Bu faciə paytaxtdakı bir sıra binaların 1-ci mərtəbəsi və zirzəmisindəki qeyri-yaşayış obyektlərinin təhlükəsizliyi məsələsini gündəmə gətirdi.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
"Onlara görə nə qədər adam xəsarət alır. 1-ci mərtəbədə həmin obyektlər olmamalıdır. Təhlükə qaçılmazdır", - vətəndaş deyib.
Kanalın çəkiliş qrupu həmçinin sözügedən obyektlərin aidiyyəti şəxslərindən yanğın təhlükəsizliyinə riayət edilib-edilmədiyini öyrənib.
Obyektlərin əksəriyyətindən bildirilib ki, aidiyyəti qurumlar tərəfindən vaxtlı-vaxtında yoxlama aparılır və əməkdaşlar yanğın balonlarından istifadə etməyi bacarırlar.
Daha ətraflı videomaterialda:

BAKU TV
