BAKU TV: Metropolitendə təhlükəsizlik tədbirləri gücləndiriləcək?- Elmar Nurəliyev
Oktyabrın 3-də “28 May” və “Ulduz” stansiyalarında sərnişinlərin qatar yoluna düşməsi “Bakı Metropoliteni”nin təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Bu artıq 2024-cü il ərzində metroda yaşanan beşinci hadisədir.
Sərnişinlər bildiriblər ki, metroda onların təhlükəsizliyinin təmin olunması üçün platformalarda bariyerlər quraşdırılmalıdır:
“Həmçinin sərnişinlər içəri növbəli şəkildə buraxılmalıdır. Metroda sıxlıq olur, insanlar itələyirlər. Belə olan halda təhlükə yaranır. Bu, azyaşlı uşaqlar üçün daha da təhlükəlidir”.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sözügedən hallardan qorunmaq üçün stansiyalarda qoruyucu qapılar olarsa, bu zaman yalnız qatar çatdıqdan sonra qapılar açılanda sərnişinlər içəri daxil olar:
“Kiminsə ehtiyatsızlıqdan və yaxud da səhhətində müəyyən problemlər yaranarsa, huşunu itirib qatar yoluna düşmə halı sıfıra bərabə olar”.
Məsələ ilə bağlı “Bakı Metropoliteni”ndən bildirilib ki, ilk növbədə stansiyalarda platformaların alt hissəsindən başlayaraq gücləndirilməsi mütləqdir:
“Şüşəbənd və yaxud platforma qapıları hava axınına mane olan sistemə çevrilir. Buna görə də havalandırma sisteminin də yenidən təşkili və qiymətləndirilməsi vacibdir”.
BAKU TV
neymar.az