Elmar Nurəliyev YDNMA-nın Nizam-İntizam komitəsinin sədri seçildi

20 aprel tarixində Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş ofisində idarə heyətinin iclası keçirilmişdir.
İclasın gündəliyində olan bir neçə məsələ haqqınında müzakirələr aparılmış və səsvermə üsulu ilə qərarlar alınmışdır.
Alınan qərarlar aşağıdakı kimidir.
1. YDNMA-nın Nizam-İntizam komitəsinin sədri vəzifəsinə Elmar Nurəliyev seçilsin.
2. YDNMA-nın Təşkilat komitəsinə Elşad Kərimov seçilsin.
3. YDNMA-nın baş məsləhətçi vəzifəsindən Mirəli Seyidov azad edilsin və bu vəzifəyə Hidayət Şabanov seçilsin.
4. Ciu-citsu idman növü üzrə “Liberty Jiu-Jitsu” MMC YDNMA-ya üzvülüklə bağlı olan müraciətinə müsbət rəy verilsin.
5. Ciu-citsu idman növü üzrə 2 iyun 2024-cü il tarixində tarixində “Bakı Açıq Birinciliyi” keçirilsin.
 
Yapon döyüş növləri və Mədəniyyəti Assosiasiyasının əsas məqsəd və planı Azərbaycanda olan və gələcəkdə yaradılacaq ənənəvi Yapon döyüş növlərinin inkişafına dəstək olmaq, Yapon mədəniyyətinin gözəllik və incəliklərini çatdırmaqdır.
Assosiasiyanın əsas vəzifələrindən biri iki dövlət arasında olan dostluq, idman və mədəni əlaqələrinin inkişafı yönündə işlər aparmaqdan ibarətdir.
Fəaliyyət növləri:
Azərbaycanda Sumo, Ciu-Citsu, Aykido, Kendo, Yaydo, Aiki-Citsu , Kyudo, Daito ryu Ayki Ciu-Cutsu, Cikyo-Cutsu Yapon döyüş növləri nəzərdə tutulmuşdu.
 
0.028815031051636