Sahibsiz itlərin hücumundan necə qorunaq?- Elmar Nurəliyev

Son illərdə sahibsiz itlərin peyvəndlənməsi, qısırlaşdırılması, sığınacaqlara toplanması prosesi həyata keçirilsə də, ölkənin bütün regionlarında sözügedən küçə heyvanları maksimum çoxalıb. Hətta bəzi qəsəbələrdə, yaşayış məntəqələrində sürü halında dolaşırlar. Vaxtaşırı isə insanlara, xüsusilə uşaqlara hücum çəkib xəsarət yetirirlər. Bunun ölümlə nəticələndiyinin də şahidi oluruq.

Bəs küçə itlərinin hücumlarından necə qorunmaq olar?

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Missiya.Az-a açıqlamasında bildirib ki, kəndlərdə, qəsəbələrdə, şəhərin mərkəzlərində küçə heyvanlarının gəzməsi və insanlara hücum etməsi narahatlıq yaradan ciddi məsələlərdəndir:

“Sahibsiz itlərin qeydiyyat prosesindən tutmuş, quduzluğa qarşı vaksinasiya görüləcək olan tədbirlər planının bir hissəsidir ki, hücumların yarada biləcəyi fəsadlardan müəyyən qədər qorunmaq mümkündür. Digər tərəfdən insanların belə hallarda bilməli olduğu amillər var. Vurğulayım ki, itlərin hücumu zamanı qaçmaq olmaz, yaxınlıqda bir nəqliyyat vasitəsi varsa içərisində əyləşmək lazımdır. Hətta hündür yer varsa onun üzərinə də çıxmaq olar. Arxamızı itə tərəf çevirmək də düzgün deyil. Əlimizdəki çanta, əşya, gödəkçəni, yaxud da ayaqqabımızı çıxarıb itə tərəf uzatmaqla hücumdan müəyyən qədər qorunmaq mümkündür”.

 

 

 

Ekspert, həmçinin, əlavə edib ki, itlərin hücumundan xilas olmaq üçün xüsusi cihazlar da var:

“Hazırda xüsusi cihazlar da var ki, bir düyməni sıxmaqla ayrılan şüalar itlərin qıcıqlanması və ərazidən uzaqlaşması ilə nəticələnir. İtlərin daha çox cəmləşdiyi yerlərdə valideynlər çox diqqətli olsunlar, uşaqları təhlükə ilə üzləşməsinlər. Övladlarına qeyd etdiyim cihazdan verə bilərlər”.

Zərintac Mayisqızı
Missiya.Az

neymar.az

0.025272846221924