Məktəbdəki pəncərələrə dəmir barmaqlıqlar vurula bilər? - Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb. Bu tip halların qarşısını almaq üçün məktəblərin yuxarı mərtəbələrinə dərmir barmaqlıqlar vurula bilərmi?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sonxeber.az-a açıqlama verib:

"Məktəblərin yuxarı mərtəbələrindəki pəncərələr dəmir barmaqlıqlar vurmaq çıxış yolu deyil . Bu hall yanğın və fövqaladə hadisələr zamanı təhlükəsizlik baxımından müəyyən problemlərə səbəb ola bilər. Ona görə bu sistemli yanaşma olan tədbirlər planıdır. İntihar etməyi qarşısına məqsəd qoyan şəxsə məkan fərq etmir. Məktəblərdə psixoloqların, şagirdlərlə işləyən şəxslərin, valideynlərin üzərinə məsuliyyət düşür. Valideyn uşağın psixologiyasına bələd olmaldıır . Əgər şəxs pencərədən tullanaraq intihar edibsə və dərsən qaçan zaman hündürlükdən yıxılıbsa pəncərələrə dəmir barbaqlıqlar vurmaq çıxış yol deyil".

0.058325052261353