EKSPERT ELMAR NURƏLİYEV: "Tonqala bu kimi materiallar atılarsa…”

Bildiyimiz kimi mart ayı bayramlar ayıdır. Ən gözəl adətlərimizdən biri də Novruz  bayramından əvvəl “Su, od, yel və torpaq” çərşənbələrinin olmasıdır. Doğrudur, insanlar  bu çərşənbələrdə tonqal yandırıb şənlənirlər. Ancaq bu ənənənin təhlükəli tərəfi də qaçılmazdır. 

Bu Bununla bağlı Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib. Müraciətdə deyilir ki, çərşənbə axşamları təşkil olunan  zaman yanğın  təhlükəsizliyi qaydaları pozularsa, təhlükəli vəziyyət yaranar. 

Mövzu ilə bağlı Adalet.az-a açıqlama verən Təhlükəsizlik eksperti Elmar Nurəliyev yanğın təhlükəsizliyi qaydalarına hər kəsin  əməl etməsinin vacib olduğunu  bildirib:  “Tonqal qalanan ərazidə  ən az 15 metr məsafədə tez alışan əşyalar  və ya maddələr olmamalıdır. Nəqliyyat vasitələrinin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə tonqal qalamaq qətiyyən olmaz. Yer səthinə metal lövhə qoyulmalı, onun üzərində qalamaq lazımdır. Bu onun üçündür ki, asfalt örtük  korlanmasın və yerdə qalan qığılcımlar ətrafa səpələnməsin. Tonqalın maksimum hündürlüyü 1 metr 50 santimetri keçməməlidir. Yalnız ocağın tam söndüyünə əmin olduqdan sonra məkanı tərk etmək olar”. 

Ekspert qeyd edib ki,  tonqal yanan zaman  uşaqları nəzarətsiz buraxmaq olmaz: “Uşaqlar  valideyn nəzarəti altında olmalıdır. Tonqal ətrafında  fişənglərdən istifadə etmək olmaz. Tonqalın içərisinə metal, tənəkə, şüşə, konserv qabları, rezin və s. bu kimi materiallar atılarsa, tonqal ətrafında dayanın insanların həyatı üçün təhülkə yarana bilər”. 

Əntiqə Kərimzadə

adalet.az

neymar.az

0.026818990707397