Tonqal qalanarkən nələrə əməl edilməlidir? - Elmar Nurəliyev

Novruz bayramına sayılı günlər qalıb. Vətəndaşlarımız adət-ənənəyə uyğun şəkildə həm çərşənbələrdə, həm də bayramda tonqal qalayır. Lakin diqqət etməli olduğumuz bəzi amillər var. Kiçik bir ehtiyatsızlıq bədbəxt hadisə ilə nəticələnə bilər.

Məsələ ilə bağlı Missiya.Az-a açıqlamasında təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev deyib ki, öncə tonqal qalanacaq yeri düzgün seçmək lazımdır:

“Həmin yerin ətrafında nəqliyyat vasitələri, yüksək gərginliyi olan elektrik xətlərinin, yanma qabiliyyəti yüksək ləvazimatların qoyulmamasına diqqət yetirmək vacibdir. Minimum məsafə 15 metr olmalıdır. Tonqal qalanacaq yerin səthinə metal lövhə qoyulmalı və od həmin metal lövhənin üzərində yandırılmalıdır. Sözügedən metal lövhə həm asfalt örtüyünün korlanmaması, həm də tonqal yandıqda köz, odun və taxta parçalarının ətrafa səpələnməməsi üçün gərəklidir. Od tam söndükdən sonra ərazi tərk edilməlidir. Tonqal qalanan ərazilərdə uşaqları nəzarətsiz buraxmaq yolverilməzdir. Od ətrafında priotexniki vasitələrdən istifadə məsləhətli deyil, həmin ərazilərdə səhhətində müəyyən narahatlığı olan şəxslər, balacalar ola bilər”.

 

 

Elmar Nurəliyevin sözlərinə görə, tonqalda yandırılan materiallara diqqət göstərmək lazımdır:

“Tonqalda laksız, boyasız, hər hansı kimyəvi maddələrlə örtülmüş odun və taxta parçalarından istifadə qətiyyən yolverilməzdir. Metal, tənəkə, rezin bu kimi vasitələrlə od qalanmamalı, təkər şinləri yandırılmamalıdır. Ayrılan tüstünün toksik xarakteri insanın sağlamlığına təhlükədir. Onu da vurğulayım ki, tonqal üzərindən hoppanmağı da növbəli şəkildə həyata keçirmək tövsiyə edilir. Çünki bu bədbəxt hadisəyə çevrilə bilər”.

Zərintac Mayisqızı
Missiya.Az

neymar.az

0.030476093292236