Heyvanların hücumundan QORUNMA YOLLARI:- Elmar Nurəliyev

“Vətəndaşların itlərin hücumu ilə qarşılaşdıqda nə etməli, necə qorunmalı və buna dair ilkin biliklərinin olması vacibdir”.

Bu fikirləri son zamanlar intensivləşən sahibsiz heyvanların insanlara hücumu zamanı qorunmağın mümkün yolları haqda danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kimi hallarda əhali arasında maarifləndirilmə işinin aparılması vacibdir:

“Sahibsiz küçə itlərinin yaratdığı təhlükələr haqqında tez-tez eşidirik. Bu kimi hallardan qorunmaq üçün vətəndaşlar arasında maarifləndirmə işinin aparılması, sahibsiz küçə itlərinin qeydiyyata alınması, peyvəndlənməsi ilə təhlükəsiz hala gətirilməsi vacibdir.

Xüsusilə, Bakıətrafı qəsəbələrdə, yaşayış məntəqələrində sahibsiz itlərin sürü halında gəzməsi insanlara, əsasən də azyaşlılara və yaşlı insanlara ciddi təhlükə yaradır. Vətəndaşlar bu kimi təhlükə anında özlərini müdafiə etməkdə çətinlik çəkirlər.

Hesab edirəm ki, vətəndaşların itlərin hücumu ilə qarşılaşdıqda nə etməli, necə qorunmalı və buna dair ilkin biliklərinin olması vacibdir. Sahibsiz itin hücumü zamanı ilk növbədə qaçmaq məqsədəuyğun deyil.

Ancaq bu yanaşma olduğumuz həmin yerə uyğun olaraq dəyişə bilər. Əgər ətrafda hər hansı hündür yer varsa, oraya çıxmaq, nəqliyyat vasitəsi olarsa, onun içinə əyləşmək və digər insanları köməyə çağırmaq da mümkündür.

Dövrün tələblərinə cavab verən və qiyməti ucuz olan elə cihazlar icad edilib ki, onlardan ayrılan şüa sayəsində heyvanın insana hücümunu dəf etmək olar. Bu cihazlar itlərə və digər vəhşi heyvanlara təsir göstərmək üçün nəzərdə tutulub”.

İsmayıl Bakuvi

yenicag.az

neymar.az

0.037530899047852