Yanğınlar təxribatdır?- “Bu, insan faktoru ilə bağlıdır”- Elmar Nurəliyev

Qardaş ölkə Türkiyədən sonra Azərbaycanda da yanğınlar meydana çıxıb. Ayrı-ayrı rayonlarda, o cümlədən Lənkəranda, Ağsuda, Oğuzda... meşə yanğınları müxtəlif versiyalar ağıllara gətirir. Dünən isə paytaxt Bakıdakı yanğın baş verənlərin təxribat olması barədə şübhələr yaradır.

Bu barədə “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev hansısa provokasiya ehtimalını istisna etdi:
“Yanğınlar bütün dünyada baş verir. Bu, insan faktoru ilə bağlıdır. Vətəndaşların çoxu məsuliyyətsizlik edir, yanğından mühafizə qaydalarını bilmirlər. Ona görə də bu cür hadisələr baş verir. Təxribat növbəti araşdırma mərhələsidir. Amma fikrimcə, həmin ehtimal üçün hansısa zəmin yoxdur”.

sherg.az

neymar.az

0.030622959136963