Vətəndaş kiberdələduzluq mesajlarını digərlərindən necə seçə bilər?- Elmar Nurəliyev

Son dövrlərdə kiberdələduzluq qurbanlarının sayı əhəmiyyətli dərəcədə artıb. Vətəndaşlar müxtəlif yollarla kiberdələduzların tələsinə düşürlər. Bu hallardan biri də mobil telefonlara gələn müxtəlif növ mesajlardır. Bəzən vətəndaşlar bu mesajlara inanaraq dələduzların qurbanı olur.

Bəs görəsən bu mesajları digərlərindən necə ayırd etmək olar?

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert eksperti Elmar Nurəliev “Operativ Media”ya bildirib ki, kiberdələduzların mesajları bank və ya hansısa şirkət mesajlarına çox bənzər hazırlanır:

Elmar Nurəliyev: Yanğınların əksəriyyəti...

“Vətəndaş istər mobil nömrəsinə, istər sosial şəbəkəsinə, istərsə də email adresinə gələn kreditlər, məhsullar, müəyyən iş təklifləri və kampaniyalar ilə bağlı mesajlarda diqqətli olmalıdır. İlk növbədə vətəndaş bu mesajı kimin göndərdiyini, mənbəsinin nə olduğunu aydınlaşdırmağa çalışmalıdır. Mesajda göstərilən firma və yaxud özəl bir təşkilatın adının düzgün yazıldığına ünvana fikir verməlidir. Burada əsas məqamlardan biri mesaj gələn nömrənin düzgünlüyüdür. Bəzən kiberdələduzlar bu kimi mesajları oxşar bank, brend firmaların adına bənzər isimlərlə edirlər. Bu adın sadəcə bir hərfi başqa olur.

Eyni zamanda kiberdələduzlar vətəndaşları aldatmaq üçün, bu mesajları brend firmaların və ya bankların mesajlarına çox bənzər şəkildə yazır. Hətta bəzən mesajlardakı rənglər belə oxşar olur.  Bu hallar istər-istəməz vətəndaşı aldadır.

Vətəndaş gələn mesajı diqqətlə oxuyub, nəzərdən keçirmədiyi üçün kiberdələduzun qurbanına çevrilir. İnsanlar həqiqətən də bu mesajların banklardan və ya brend firmalardan gəldiyinə inanır. Ona görə də biz vətəndaşlara çağırış edirik ki, mesaj gələn nömrələrin düzgünlüyündən əmin olsunlar.

İkinci olaraq isə firmaların, şirkətlərin və ya bankların adının düzgün yazıldığına fikir versinlər. Əgər mesajda veb-sayt varsa, ora daxil olaraq bu saytın həqiqətəndə onlara məxsus olduğunu, ünvanını, email adreslerinin qeyd olunduğuna diqqət etmələrini tövsiyyə edirik. Yox əgər mesajda link göndərilibsə ilk olaraq bu linkin düzgünlüyünə əmin olmaq lazımdır. Kiberdələduzlar elə sistem yaradır ki, vətəndaş linkə daxil olduqda bank hesabı oğurlanır. Bu kimi hallarının qurbanına çevrilməmək üçün bütün linklərə daxil olmamaq lazımdır.

Təəssüflər olsun ki, hazırda dünyanın bir çox ölkələrində insanlara hansısa məhsul təqdim edərək bank hesablarına daxil olub, külli miqdarda pul oğurlanması halları ilə qarşılaşırıq. Vətəndaş özünü kiberdələduzluq hallarından qorumalıdır. Bunun üçün ilk olaraq bank hesablarının şifrələnməsini daha təhlükəsiz etməli, mesajlara daha diqqətli və ciddi yanaşmalıdır”.

Mövzü ilə bağlı Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Zeyni Hüseynov “Operativ Media”ya açıqlamsında bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir:

DİN-dən vətəndaşlara xəbərdarlıq: “Üzərində kart məlumatı yazılan papaq  fotosu paylaşmayın”

“Daxili İşlər Nazirliyi tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində əməliyyat-texniki tədbirlərlə yanaşı mütəmadi olaraq maarifləndirmə, təbliğat-təşviqat işləri həyata keçirilir. Vətəndaşlarımızın bank kartlarındakı vəsaitlərinin qorunması, oğurlanmaması üçün DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı kiber ssenarilərin vətəndaşlara çatdırılması üçün bu platformalarda "Kiberinfo" adlı səhifələr də yaradılaraq məlumatlandırma üçün istifadəyə təqdim edilib. Həmçinin “Avto Fm” radiosunda eyni adlı veriliş də yayımlanır ki, vətəndaşlarımız daha da diqqətli olsunlar.

Mübarizə tədbirləri çərçivəsində ərazi polis orqanları tərəfindən əsasən yaşlı nəslin nümayəndələri ilə də mütəmadi söhbətlər aparılır, üzləşə biləcəkləri hallarla bağlı məlumatlar verilir.

Vətəndaşlarımız kiberdələduzluqla üzləşməmək üçün sadə qaydalara əməl etməlidirlər. Əmin olmadığınız linklərə daxil olaraq orada yerləşən müvafiq xanaları doldurmaqla dələduza kartınızdakı vəsaitin oğurlanması üçün yardımçı olursunuz. Tanımadığınız şəxsə kart məlumatlarını, yəni kartın üzərindəki 16 rəqəmli kodu, CVV, 3D təhlükəsizlik kodu və kartın bitmə tarixini vermək saniyələr içərisində maddi vəsaitinizin oğurlanmasına gətirib çıxarır.  Sosial şəbəkələrdə saxta vədlər verən səhifələrə daxil olaraq etibarınızdan sui-istifadə edən şəxslərə inanaraq verdiyiniz məlumatlar nəticədə sizi kiberdələduzluğun qurbanına çevirir.

Sonda onu da qeyd edək ki, tərəfimizdən aparılan tədbirlər nəticəsində əvvəlki aylarla müqayisədə kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir”.

Vəkil Turan Abdullazadə kiberdələduzların hansı cəzalara tətbiq edildiyinə aydınlıq gətirib:

Məktəblərə silahlı hücum ilə bağlı dezinformasiya yayan şagirdə hansı cəza gözləyir?- Açıqlama

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.

Gülcahan Məmmədova

operativmedia.az

neymar.az

0.013301134109497