"Bəzi ölkələrdə boğulanı xilas etmək qadağandır" - Ekspert Elmar Nurəliyev
"Çimərlikdə xüsusi nişanlanmış sərhədlər var. O sərhədləri keçməmək lazımdır. Bunlar boğulma təhlükəsini yaradan əsas amillərdən biridir. Suda 15-20 dəqiqədən artıq vaxt keçirmək yolverilməzdir. Əksər vaxtlarda öz yaxınlarını xilas etmək istəyənlər də, suda boğulur. Bəzi ölkələrdə boğulan şəxsi xilas ertmək qadağandır".
Bunu Metbuat.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. O bilbirib ki, əlverişsiz hava şəraitində, küləyin sürəti saniyədə 10-12 metri keçdiyi günlərdə, yağışlı, buludlu havada çimərliyə getmək olmaz:
"Həmçinin, çimərliyi düzgün seçmək lazımdır. Yalnız fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Hansı çimərliklərin fəaliyyətinə icazə verilibsə, həmin çimərliklər aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən yoxlanılır. Suyun dibində sualtı axınların, yarğanların olub olmaması öyrənilir. Dünya üzrə suda boğulma hallarının 95 faizi qeyri-çimərlik ərazilərində çimərkən boğulanların payına düşür".
Seyranə Quliyeva / Metbuat.az
neymar.az