Ağlayan körpə uşağı necə tez sakitləşdirmək olar?

Neymar.az  Deyerler.org-a istinadən xəbər verir ki , durmadan ağlayan körpə uşağı necə tez sakitləşdirməyi bilirsinizmi? Belə ki, körpənin ağlamağının qarşısını almaq üçün sadə bir üsul mövcuddur. Bu üsul təzə ailə quranlar üçün əsl xilas ola bilər.

30 illik təcrübəyə malik olan kaliforniyalı həkim pediatr Robert Hamelton bu üsulu nümayiş etdirərək YouTube.com saytında yerləşdirib. Atrıq bu üsul milyonlarla insanın diqqətinə səbəb olub.

Video çarxda iynə vurulmuş bir körpənin necə ağladığı və onun həkim tərəfindən hansı üsulla qısa müddət ərzində sakitləşdirilməsi nümayiş etdirilir.

Uşaq ağlayarsa nə etmək lazımdır?

1. Uşaq ağlayarsa şəkillərdə göstərilən formada onu saxlamaq lazımdır.

- Körpənin qolları sinəsi üstə yığılır.

- Bir əlinizlə onun əlləri yumşaq bir şəkildə tutulur.

- O biri əlinizlə körpənin arxa tərəfindən tutun.

- Körpəni 45 dərəcə bucaq altında sakitcə tələsmədən yelləmək lazımdır.

Bu hərəkətlər səbrlə və tələsmədən edilməlidir. Uşaq barmaqlarla deyil ovucla saxlanmalıdır. Həmçinin uşağın çənəsi də barmaqlar vasitəsilə dik saxlanılmalıdır.

Körpənin arxasından tutularaq yüngülcə yelləmək də olar.

Bu üsul əsasən 3 aylıq körpələrdə tətbiq edilərkən asan olur.

Əgər körpənin ağlaması bundan sonra da dayanmazsa, deməli uğaşın narahatlığına səbəb başqa bir şeydir. Məsələn, o yemək istəyir.

Körpələr niyə ağlayır?

Körpələr öz narahatlıqlarını valideynlərinə bildirmək üçün yeganə vasitə kimi ağlamaqdan istifadə edirlər. Belə ki, valideynlər uşaqlarının nə istəməsini anlamaqda çətinlik çəkirlər. Əsasən də ailədə ilk övlad dünyaya gəlirsə, təcrübəsizlik öz sözünü deyir.

Körpələrin ağlamasının səbəbləri

Aclıq.

Körpəniz durmadan ağlayırsa ilk düşünəcəyiniz məsələ onun ac ola bilməsidir. Siz uşağınızın acıması əlamətlərini tanıdıqdan sonra artıq o acıyana qədər siz buna hazır olacaqsınız. Belə ki, körpə acıyıbsa o zaman qurdalanmağa başlayacaq, əgər yanaqlarına əlinizi vursanız o başını əllərinizə tərəf çevirəcək və yaxud əllərini ağızına qoyub sovurmağa başlayacaq.

Altı təmizlənməlidir.

Bir çox körpələr alt paltarlarının çirkləndiyi zaman bunu vaideynlərinə çatdırmağa çalışırlar. Bu onlarda narahtığa səbəb olur. Bəzi körpələr isə bu hala dözməyi bacarırlar. Bu baxımdan körpənizin altını tez-tez yoxlamaq tövsiyə olunur.

Qucağa istəyir.

Hər bir körpənin əzizlənməyə və qucaqda gəzdirilməyə ehtiyacı var. Onlar vaideynlərinin üzünə baxmağı, səslərini eşitməyi və ətirlərini duymağı xoşlayırlar. Odur ki, ağlamalarının səbəbindən biri də körpələrin qucağa istəməsi ola bilir.

Südəmər körpələrin ağlamalarının səbəblərində bəziləri

Qarın boşluğunda sancılar

Qarın boşluğunda olan narahatlıqlar körpəni ağlamağa məcbur edə bilər. Bu sancılar mədədə yığılan qazlara görə, ola bilər və bu səbəblə körpə saatlarla ağlaya bilər. Belə hallarda vaideynlər uşaqlarına köp əleyhinə şüyüd suyu və ya digər dərmanlar veririlər. Eləcədə, körpəni beli üstə uzandıraraq ayaqlarından yumaq bir şəkildə tutub qarnına tərəf sıxmaq lazımdır. Bu massaj üsulu ilə onun köpdən qurtulmasına yardım etmiş olursunuz.

Gəyirmək istəyir.

Əgər körpəniz qidalandıqdan sonra ağlayırsa deməli qidalandığı zaman həddən artıq hava udub və gəyirmək istəyir. Bu hal körpələrdə diskomfort yaradır. Onu sadəcə olaraq dik tutmaq lazımdır ki, körpə rahatlana bilsin.

Ona ya soyuq, ya da istidir.

Əgər siz körpənizin əynini dəyişən zaman ona soyuqdursa, o ağlamaq vasitəsilə buna etirazını bildirəcək.

Təzə dünyaya gəlmiş körpələr istini sevsələr də onlar həddən artıq istiyə qarşı dözümsüzdürlər. Adətən böyüklərdən fərqli olaraq körpələr bir qədər qalın paltarlarla geyindirilməlidirlər.

Bəzi xırdalıqlar.

Körpəni bizim üçün bir qo qədər də əhəmiyyəti olmayan məsələlər narahat edə bilər. Olduqca həssas körpələr sadəcə ayaq barmaqları arasında xırda bir tükün qalmasından belə narahat ola bilər və buna olduqca səs küylü reaksiya verə bilər. Və yaxud uşaqı saxladığınız vəziyyət onu narahat edə bilər. Odur ki, hər xırda məsələyə qarşı diqqətli olmalısınız.

Diş çıxardır.

Uşaqlarının diş çıxarması olduqca ağrılı bir prosesdir. Bəzi uşaqlar bu vəziyyətdə ağlayaraq və son dərəcə narahatlıqla keçirə bilirlər. Bu adətən 4-7 aylıq uşaqlarda baş verir və dişlər nazik və həssas damağı yararaq çıxır.

Körpələr daha artıq diqqət tələb edir.

Bəzən ətrafda hər bir şey körpənin narahatlığına səbəb ola bilir: otağın həddən artıq işıqlı olması, qaranlıq olması, səs-küy və yaxud ətrafında çoxlu adamın toplanması.

Foto :  Neymar Nurəliyev

0.012568950653076