“Dəniz zarafatı sevmir” – Boğulanların sayı artır – Elmar Nurəliyev

Çimərliklərdə boğulmalar artır – Qadağan olunmuş ərazilərdə ölüm tələsi

Yay mövsümündə çimərliklərdə istirahət edənlərin sayının artması ilə boğulma hallarında da ciddi artım müşahidə olunur. Xüsusilə nəzarətsiz ərazilərdə, təhlükəsizlik qaydalarına əməl olunmayan hallarda faciələr baş verir. FHN-in xəbərdarlıqlarına baxmayaraq, bəzi insanlar təhlükəni nəzərə almadan dənizə girir. Bu isə həm onların, həm də digərlərinin həyatını riskə atır. Boğulma hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Medianews-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərlikdə təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır. Çimərliyə gedərkən ilk öncə doğru-düzgün çimərliyi seçmək lazımdır.

"Dəniz zarafatı sevmir" - Boğulanların sayı artır – <span style=color:red>SOS SİQNALI

Nurəliyevin sözlərinə görə, fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Bu təkcə dənizə deyil, çaya, gölə, kanala, su anbarı, su hövzələri və.s.

Ekspert vurğulayıb ki, fəaliyyətinə icazə verilən çimərliklər mövsüm başlamadan əvvəl aidiyyatı üzrə qurumlar tərəfindən həmin ərazilərə baxışlar keçirilir, suyun dibinin akvadoriası, sualtı yarğanlar, axınlar, suyun fiziki, kimyəvi, bioloji, sanitar normaları, insanların sağlamlığı üçün təhlük riski yoxdursa icazə verilir:

“Həm də ki, icazəli yerlərdə xilasetmə xidməti fəaliyyət göstərir. Təbii ki, xilasetmə xidmətinin fəaliyyət göstərdiyi çimərliklər daha təhlükəsiz çimərliklərdir. Çünki hər il FHN-nin kiçikhəcmli gəmilərə nəzarət, sularda xilasetmə dövlət xidmətinin xilasediciləri tərəfindən yüzlərlə boğulma təhlükəsilə üzləşən şəxslər xilas edilərək həyata qaytarılır. Bu da bir daha insanların xilasetmə olan çimərliklərə getməsini daha təhlükəsiz hesab edir”.

Ekspert qeyd edib ki, dünya statistikasına nəzər yetirsək, hər il 400 minə yaxın  insan suda boğularaq həyatını itirir.

“Bu tək çimərlik əraziləri, Dəniz sahili yox, su anbarları, kanallar, çaylar, göllər, arxlar, çimmək üçün nəzərdə tutulmayan su hövzələrində çimmək birmənalı olaraq yolverilməzdir. Bu da onu deməyə əsas verir ki, icazəsi olmayan çimərliklər təhlükə mənbəyidir. Eyni zamanda daş-qaya üstünə çıxıb suya baş vurmaq da təhlükəlidir. Bundan başqa əlverişsiz hava şəraitini də nümunə gətirmək olar. Çünki boğulma hallarının 70 faizi pis hava şəraitinə görədir. Küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getməmək lazımdır”,-deyə ekspert vurğulayıb.

"Dəniz zarafatı sevmir" - Boğulanların sayı artır – <span style=color:red>SOS SİQNALI

Sosioloq Lalə Mehralı da mövzuya münasibətini bildirib.

Onun sözlərinə görə, hər il dəniz mövsümündə təhlükəsizlik tədbirlərinə əməl etməyən, qadağan olunmuş ərazilərdə və nəzarətsiz çimən insanların ölüm hadisələri ilə rastlaşırıq:

“Bu il də istisna olmadı, yay mövsümü başlayandan dəniz xeyli can aldı. Tək nənizdə deyil, çaylar və kanallarda da boğulma xəbərləri tez-tez medianın gündəminə düşdü. Statistik məlumatlara baxanda görürük ki ən çox azyaşlılar, yeniyetmələr boğulur. Deməli nəzarət yoxdur. Çimərlikdə xüsusilə uşaqlar nəzarətsiz qalmamalıdır, xəbərdarlıq nişanlarına və xilasedicilərin tələblərinə əməl edilməlidir. Onlar yaşlarının verdiyi təcrübəsizlikdən dolayı buna əhəmiyyət vermirlər, amma onları tək buraxan valideynləri bunun fərqində olmalıdır. 2 gənc gecə saat 4-də dənizdə batdı məsələn, gənc də deyildilər, 14-15 yaşlı uşaqlar idi. Onlar gecə vaxtı necə girirlər dənizə? Valideynləri necə buraxır o saatda onları evdən? Yaxud, 3 azyaşlı çayda boğuldu – 4,6,8 yaşlı uşaqlar. Təsəvvür edirsiniz? 4 körpə özbaşına çayda çimir. Bu normaldır?

Hava qaraldıqdan sonra suya girmək, təkbaşına çimməyə getmək, qadağan olunan ərazilərdə üzmək  – hamısını edir insanlar. FHN tez-tez xəbərdarlıq edir, lazımı tədbirlərə əməl etməyi məsləhət görür. Amma insanlar qadağan olunmuş ərzasilərdə çimməyə davam edir, qadağan olunmuş saatlarda dənizə girir. Qadağaları pozmaq heç vaxt insana xeyir gətirmir, üstəlik bu qadağanı dəniz boyda bir əjdahanın ağzında pozursansa geri dönüşü olmaz. Dəniz zarafatı sevmir”.

Oğuz Ayvaz
Medianews.az

neymar.az

0.015276908874512