Təhlükəsizlik və nəqliyyat ekspertləri övladlarını birinci sinfə yola saldı - FOTOLAR

Sentyabrın 15-də ölkədə yeni tədris ili başlayıb. Bilik günündə övladı Neymar Nurəliyevi birinci sinfə yola salanlardan biri də təhlükəsizlik eksperti Elmar Nurəliyevdir. 

Elmar Nurəliyev News365.az-a açıqlamasında bu günün yaşatdığı hissləri bölüşüb: “Bəzən sözlə ifadə etmək olmur. Hər bir insan belə bir günü yaşamağı arzulayar. Allah hamıya qismət etsin. Allah balaları qorusun, onların sevincini valideynlərinə görməyi nəsib etsin. Bu an insana öz uşaqlıq xatirələrini də xatırladır. Həm uşaq, həm də valideyn üçün bu, bir tarixdir”. 

Qeyd edək ki, bu il ölkə üzrə on minlərlə birinci sinif şagirdi məktəb həyatına qədəm qoyub. İlk zəng onların təhsil yolunda yeni başlanğıc kimi yadda qalacaq.

Sentyabrın 15-i – Bilik günü münasibətilə övladını birinci sinfə yola salanlardan biri də nəqliyyat eksperti Aslan Əsədov olub.

O, News365.az-a açıqlamasında bu günün onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Həyatın başlanğıcı deməkdir. Mən də hər bir valideyn kimi istəyirəm ki, övladımın gələcəyi parlaq olsun, vətənpərvər böyüsün, xalqımıza, dövlətimizə bağlı, faydalı bir insan olsun. Azərbaycan adını daim uca tutmaq, valideynlərinin uğur rəmzlərindən birinə çevrilmək onun ən böyük vəzifəsidir”.

Ekspert bildirib ki, birinci sinfə qədəm qoymaq hər bir uşaq və valideyn üçün qürur və məsuliyyət hissidir:
“Dəfələrlə minnətdarlığımı bildirir, bütün şagirdlərə bol-bol uğurlar və şanslar arzulayıram”.

 

Qeyd edək ki, bu il ölkə üzrə on minlərlə birinci sinif şagirdi təhsil həyatına başlayıb. İlk zəng onların həyatında yeni mərhələnin başlanğıcını ifadə edir.

news365.az

neymar.az

Neymar Nurəliyev

0.014540910720825