Uşaqları avtomobilin salonunda tək qoymaq ölümcül təhlükədir - Ekspert xəbərdarlıq edir

Valideynlərin səhlənkarlığı faciəyə yol açır, 1 dəqiqə kifayətdir ki, övlad həyatını itirsin

Bakıda atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirərək qəza törədib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb, digəri isə həyatını itirib.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bədbəxt hadisələrin çox zaman valideyn məsuliyyətsiziyi və səhlənkarlığı üzündən baş verdiyini bildirdi: 

- Dəfələrlə bu barədə danışılıb, məsləhət, tövsiyə verilib, məlumalandırma işləri aparılıb. Uşaqları nəzarətsiz qoymaq olmaz. Ən kiçik, xırda bir diqqətsizlik qarşısıalınmaz faciələrə səbəb olur. Uşaqlar evdə nəzarətsiz qalır, pəncərədən, eyvandan yıxılırlar, bəzən elektrik ötürücülərlə oynayır, “rozetka”ya (elektrik yuvaları) barmaq uzadırlar, cərəyan çıxışlarına əl uzadırlar, paltaryuyan maşın, ətçəkən, məişət cihazları ilə hansı elektriklı işləyir, onlarla sanki oyuncaqdır kimi oynayırlar, əllə müdaxilə edirlər. Bunlar çox təhlükəli hərəkətlərdir, təhlükəli davranışlardır. Elektrik cihazlarını heç bir halda uşaqların qarşısına qoymaq olmaz. Mənzildə elektrik ötürücülərin üzəri daim örtülü olmalıdır. Həmçinin də uşaqları avtomobil salonunda nəzarətsiz qoymaq qətiyyən doğru deyil. Qeyd olunan hadisə də göstərdi ki, nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmaması ağır nəticələrə səbəb olur. 

Elmar Nurəliyev bildirdi ki, avtomobilin hərəkəti dayandırılırsa, mühərrik sistemi mütləq söndürülməli, açar çıxarılamslı, avtomobilin qapıları bağlanmalıdır. Bunlar “Yol hərəkəti haqqında” Qanunda da göstərilir:

  • Qanunda qeyd olunur ki, saxlanılan avtomobilin duracaq tormoz sistemi qoşulmalı, təkərlər təhlükəsiz istiqamətə çevrilməli, nəqliyyat vasitəsi isə qapıları kilidli vəziyyətdə tərk edilməlidir. Əgər həmin avtomobildə bu sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik tədbirləri görülmüş olsaydı, bu gün iki ailə ağır faciə ilə üz-üzə qalmazdı. Nəqliyyat vasitəsinin saxlanılması zamanı təhlükəsizlik tələblərinə əməl olunmalıdır. Sürücülər, avtomobil sahibləri məsuliyyətli davranmalıdırlar. Çox zaman görürük, vətəndaş avtomobili marketin önündə saxlayıb, alış-verşə gedib, avtomobilin salonunda isə uşaq var. Bu, qətiyyən düzgün deyil və təhlükəlidir. Fikirləşirlər, nə olacaq, 5 dəqiqəlikdi, marketə girib-çıxacam. Amma təhlükə 5 deyil, 1 dəqiqədə, saniyələr arasında baş verə bilir. Həyətdə, darvaza ağzında, ümumiyyətlə, harada saxlanmasından asılı olnayaraq avtomobilin salonunda uşaqları qoymaq, uşaqlara avtomobildə əyləşib, sükanı sağa-sola fırladaraq əylənmələrinə icazə verilməməlidir. Avtomobil oyuncaq deyil, həyati risk daşıyan vasitədir
  • sherg.az
  • neymar.az
0.012814044952393