"İşçilərə yanğın baş verdikdə necə davranmaları barədə ildə 2 dəfədən az olmayan təlim keçməlidirlər" - Elmar Nurəliyev

Türkiyənin Bolu vilayətində Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğında 79 nəfərin ölümü yanğın təhlükəsizliyini yenidən gündəmə gətirib.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev BiG.AZ-a bildirib ki, obyektdə yanğın təhlükəsizliyinə dair təchizat saz vəziyyətdə olmalıdır. İşçilərə yanğın baş verdikdə necə davranmalı, necə təxliyə edilmələri barədə təlimlər keçirilməlidir. Bu, ildə 2 dəfədən az olmalı deyil:

"Ümumiyyətlə, bütün təyinatlı obyektlərdə yanğın təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıdırlar. Obyektdə yanğın təhlükəsizliyinə dair təchizat saz vəziyyətdə olmalıdır. Yanğın siqnalizasiya xəbardaredici vasitədən tutmuş yanğın söndürmə balonlarına qədər, yanğın dolabları, ehtiyat su çəni, təxliyyə yolları, təhlükəsiz toplanış yerləri, hər biri qaydasında olmalı və daim nəzarətdə saxlanılmalıdır. Xüsusilə də yanğın hadisələrindən çıxan nəticələrə baxdıqda görürük ki, əksəriyyətində yanğının baş vermə səbəbləri qədər baş verdikdən sonra vaxtında aşkara çıxaran vasitələr, qarşısının alınması üçün işçilərin bu barədə praktikadan keçmiş təcrübələri yoxdur. Onlara yanğın baş verdikdə necə davranmalı, necə təxliyə edilmələri barədə təlimlər keçirilməlidir. Bu, ildə 2 dəfədən az olmalı deyil. Belə yerlərdə taxta, parça, kətan kimi materiallar var və yanma qabiliyyəti yüksəkdir. Bu cür materiallar yanmayan üzlük və yanmanı gecikdirən boya ilə örtülməlidir. Bu tədbirlər kompleks görülməlidir.

Türkiyədə baş verən dəhşətli hadisədir. Ona görə hadisələrdən nəticə çıxarmaq lazımdır. Bu kimi turizm mərkəzləri yanğın təhlükəsizliyinə dair təchizatlarını yoxlamalıdır. Hər hansı nöqsanlar varsa, aradan qaldırılmalıdır. İşçilərin bilik və bacarıqları mütləq artırılmalıdır. Necə davranmaları barədə hər hansı video rolik izləmiş yox, təcrübə keçmiş olmalıdırlar".

Big/az

neymar.az

0.013431072235107