Obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri: Nə, necə olmalıdır?- Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi, dekabrın 23-də paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Baş verən bu hadisə obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirməyin vacibliyini bir daha göstərdi.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, istehsalat müəssisələrində, iş yerlərində kustar üsulla hazırlanan hansısa qızdırıcı vasitələrdən istifadə etmək və yaxud izolyasiyası olmayan elektrik cihazlarına kənar müdaxilələr etmək, elektrik cihazlarını nəzarətsiz buraxmaq, elektrik cihazlarının normadan artıq yüklənməsi yolverilməzdir və yanğın təhlükəsinə gətirib çıxaran amildir.

Elmar Nurəliyev, təhlükəsizlik məsələləri üzrə ekspert

Ekspert qeyd edib ki, bəzən insanlar istehsalatda - bazarlarda, ticarət mərkəzlərində, sexlərdə otaq isti qalsın deyə axşam iş yerini tərk etdikdə müəyyən istilik cihazlarını cərəyana qoşulu vəziyyətdə qoyub gedirlər.

“Bu, qızma, alışma, qısaqapanma, yanğına gətirib çıxaran amildir. Ona görə mütləq iş yerini tərk edərkən cərəyanda elektrik cihazlarının olub-olmamasına diqqət etmək lazımdır. Elektrik cihazlarını nəzarətsiz buraxmaq olmaz”, - deyə Elmar Nurəliyev əlavə edib.

Mina Mikayılova

bakivaxti.az

neymar.az

0.016916036605835