"Qaz təchizatı otağın sahəsinə uyğun olmalıdır" — Elmar Nurəliyev

Havaların soyuması ilə insanlar evlərini qızdırmağa, istilik sistemini işə salmağa başlayırlar. Müasir istilik sistemləri ilə yanaşı qaz peçlərindən də geniş istifadə olunur. Bu zaman dəm qazı riski meydana çıxır. Soyuq havalarda dəm qazından zəhərlənənlərin sayı da artır. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır:



“Qaz təsərrüfatının saz vəziyyətdə olması, mütəmadi yoxlanılması, ixtisaslaşmış şəxslər tərəfindən qulluq göstərilməsi təmin edilməlidir. Qaz təsərrüfatına kənar müdaxilələr olunmamalıdır. Bunlara əməl olunarsa, qaz sızması, dəm qazından zəhərlənmə hadisələri baş verməz. Qaz avadanlıqları olan yerlərdə dəm qazı əleyhinə dedektorlar olmalıdır. Bu dedektorlar olduqda qaz sızarsa, dəm qazı təhlükəsi yaranarsa, qaz avtomatik bağlanır və təhlükənin qarşısı alınır. Dəm qazı məkana yayıldıqda dedektor işə düşür və səs siqnalı verir. Sızmaq, partlamaq qazın fiziki-kimyəvi xüsusiyyətidir. Ona görə də ehtiyatlı olmaq lazımdır, qanunvericilidə də dedektorların vacibliyi qeyd olunub”. 

Ekspertin sözlərinə görə, yeni tikilmiş binalarda, mənzillərdə dəm qazından boğulma hadisələri nadirən baş verir: 

“Çünki burada qaz təsərrüfatının təhlükəsiz şəkildə istismarı həyata keçirilir. Dəm qazından zəhərlənmə qaz təchizatının düzgün olmadığı yerlərdə baş verir. Qaz təchizatı olan otaqda mütləq havalandırma olmalıdır. Qaz təchizatı standartlara uyğun və otağın kvadratına uyğun olmalıdır. Boğulma hadisəsi qazın yanma prosesi düzgün getmədikdə baş verir. Qazın yanması üçün mütləq havalandırma olmalıdır”.

Törə Zeynallı
Demokrat.az

neymar.az

0.018005132675171