Son dövrlərdə tez-tez baş verən yanğınların səbəbi? – Elmar Nurəliyev

Payız fəsli başlayıb, havalar soyuyandan bu yana bir neçə yanğın hadisəsinin baş verdiyinin şahidi olduq. Bura evlər, xəstəxanalar, restoranlar, hotellər, bir sözlə, obyektlər aiddir. Ardıcıl yanğınların baş verməsi yanğından mühafizə və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması məsələsini gündəmə gətirir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, bütün təyinatlı obyektlər, bazarlar, evlər, ticarət mərkəzləri yanğın təhlükəsizliyi haqqında qaydalara, təlimatlara, təhlükəsizlik üçün sistemlərin qurulmasına, yanğın təhlükəsizliyinə dair bütün normativ və hüquqi aktlara ciddi rəyət etməlidirlər. Bu qanunvericiliklə təsdiq edilib:

Son dövrlərdə tez-tez baş verən yanğınların səbəbi? – AÇIQLAMADA"Yanğın təhlükəsizliyinə dair bütün çıxışlar, təxliyyə yolları, avadanlıqlar saz vəziyyətdə olmalıdır. Xüsusi şəxslər tərəfindən nəzarət edilməli, nasazlıq varsa vaxtında aradan qaldırılmalıdır. Bütün obyekt və evlərdə yanğın təhlükəsizliyinə dair rejim yaradılmalıdır. Tez alışa bilən, yanma qabiliyyəti yüksək olan materialların saxlanması və daşınmasına xüsusi nəzarət edilməlidir. Müntəzəm olaraq yanğınla bağlı maarifləndirmə tədbirləri keçirilməlidir.

Yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etdikdə bu kimi hadisələrdən müəyyən qədər sığortalanmaq olur.Bu gün yanğınların böyük bir qismi elektrik avadanlıqlarının qısaqapanması nəticəsində baş verir. Buna görə də hər zaman elektirik naqilləri və alətləri saz vəziyyətdə olmalıdır. Elektrik naqillərinə baxış mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Evlərdə elektrik gərginliyi normadan yüksək olmamalıdır.

Bəzən iaşə obyektlərində xüsusən də payız və qış aylarında otaqlar soyuq olmasın deyə elektrik avadanlıqları işlək vəziyyətdə saxlanılır. Bu cür hallar da yanğın hadisələrinin baş verməsinin əsas səbəblərindən olur. Tövsiyəmiz odur ki, hər kəs yanğın hadisəsi baş verməsin deyə evlərdə, iaşə obyektlərində nəzarəti gücləndirsin".

BiG.Az

neymar.az

0.14159321784973