Çimərliyə gedərkən nələrə diqqət etmək lazımdır? – Elmar Nurəliyev

Yay fəsilinin gəlməsi ilə birlikdə çimərlik mövsümü də açılıb. Havaların isti olması insanların istirahət etməsi üçün özlərini çimərliklərdə, sahillərdə sərinləməsinə gətirib çıxardır. Amma təsüflər olsun ki, bəzən çimərliklərdə edilən istirahətlər başladığı kimi bitmir və üzücü olsa da bir-çox boğulma halları yaşanır. Bu il də ölkəmizdə boğulma halları müşahidə olunur.

Bəs həm vətəndanşlar, həm də çimərlikdə təhlükəsizliyə baxanlar hansı tədbirləri almalıdırlar?

Mövzu ilə bağlı təhlükəsizlik eskperti Elmar Nurəliyev Turkustan.az-ın suallarını cavablandırıb.

Dənizdə boğulma təhlükəsi ilə qarşılaşanda necə davranmaq lazımdır - Elmar  Nurəliyev - İşgüzar Səhər

Ekspert Elmar Nurəliyev bildirib ki, “çimərliyə gedərkən ilk öncə hava şəraiti nəzərə alınmalıdır, yəni mütləq qaydada çimərliyə gedərkən ən əlverişli hava şəraitində çimərliyə getmək lazımdır. Küləyin sürəti saniyədə 10-12 metri keçərsə, yağışlı, buludlu, qaranlıq vaxtı çimərliyə getmək bu birmənalı olaraq yolverilməzdir. Ondan sonra çimərliyi doğru düzgün seçmək lazımdır. Yalnız və yalnız fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən həm suyun fiziki, kimyəvi, bioloji və sanitar normalarını yoxlamaq lazımdır. Ondan sonra suyun dibinin akvatoriyası, sualtı relyefi öyrənilir, suyun dibində sualtı axınların, yanğınların olub olmaması, daş qaya parçalarının konstruksiyalı insanlara xəsarət yetirə biləcək amillərin olub olmaması öyrənilir. Ondan sonra çimərliklərin fəaliyyətinə icazə verilir. Ona görə fəaliyyətinə icazə verilən çimərliklər daha təhlükəsizdir ki, yəni orada çimmək üçün insanlara hər hansı bir təhlükənin olub olmaması yoxlamadan sonra fəaliyyətinə icazə verilir.

Ümumi dünya üzrə sudaboğulma hallarının statistikasında məhz 95 faiz qeyri çimərlik ərazilərində payına düşür. Bu bir daha onu göstərir ki, dünya üzrə suda boğulma hadisələrində məhz 95 faizi qeyri çimərlik əraziləridə baş verib. Ona görə də insanlar qeyri çimərliklərə getməsi məsləhət görülmür. Xüsusən də qeyri çimərliklərə ona görə getməsinlər ki, orada xilasetmə xidməti yoxdur. Fəaliyyət göstərmir, yəni xilasetmə xidməti olmadıqda əlbəttə boğulma təhlükəsi ilə üzləşən şəxsə kimsə kömək etmək iqtidarında olmur və kimsə ona anındaca müdaxilə edə bilmir. Bizdə də, Fövqəladə Hallar Nazirliyinin (FHN) kiçikhəcmli gəmilərlə sularda nəzarət xilasetmə xidməti var. Həmin xidmət tərəfindən hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxslər xilas edilir. Görün nə qədər insan bədbəxt hadisənin qurbanı olmaqdan qurtulur. Ona görə mütləq xilasedicilər olan yerə getmək lazımdır. Təbii ki, xilasedicilər də fəaliyyətinə icazə verilən yerlərdə var. Ona görə bu amilə ciddi yanaşmaq lazımdır. Ümumiyyətlə çimərlikdə boğulma halları nə zaman baş verir? Çimərlikdə xüsusi nişanlanmış sərhədlər var. Yəni o sərhədləri keçməmək lazımdır. Çimərliyi hər hansı idman yarışı ilə və yaxud yarış meydançası ilə müqayisə etmək lazım deyil. Daha kim uzaq məsafəyə üzə bilər, kim daha hündür qayalıqdan suya baş vura bilər? Kim daha dəmir konstruksiyanın üzərinə çıxıb suya baş vurur? Kim daha yaxşı qayalıqların arasında üzür? Bunları aşırı dərəcədə bu qaydada etmək boğulma təhlükəsini yaradan əsas amillərdən biridir. Çünki boğulma hadisələrinin statistikasında məhz 70 faizdən çoxu suda 15-20 dəqiqədən artıq vaxt keçirənlərin payına düşüb. Sahilə paralel üzmək lazımdır. Yoxsa sahildən dəfələrlə nişanlanmış, məhdudlaşdırılmış sərhədləri keçmək daha dərində üzmək, hansısa bir gözlənilməz hərəkətlərə yol vermək əlbəttə bunlar təhlükəsi baxımdan yolverilməzdi və boğulma hallarını yaradan amillərdir. Hətta xilasedicilər olsa belə niyə görə suda lüzumsuz hərəkətlərə yol vermək olmaz. Çünki xilasedici belə həmin şəxsin boğulduğunun yoxsa özləri üçün əyləndiklərini seçə bilmir. Ona görə də insanların bu qaydalara mütləq şəkildə riayət etməsi lazımdır. Yəni çimərliyə planlı getmək lazımdır.

Uşaqları birmənalı olaraq nəzarətsiz buraxmaq olmaz. Uşaqlar mütləq qaydada valideyn nəzarətində olmalıdır. Daim diqqətdə saxlanmalıdır. Dünyanın müxtəlif ölkələrində və Azərbaycanda ani bir diqqətsizlikdən uşaqlar suda boğulublar. Ona görə, uşaqları nəzarətdə saxlamaq lazımdır. Çimərlik ərazilərində spirtli içki qəbul edib suya girmək, birmənalı olaraq yolverilməzdir. Özü ilə suya hansısa bir kiçik həcmli gəmi, qayıq və katamaran aparmaq olmaz”.

Ekspert Elmar Nurəliyev əlavə olaraq bildirib ki, “Fövqəladə Hallar Nazirliyinin də, verdiyi məlumatda onların nəzarət etdiyi çimərliklərdə bir nəfər də olsun boğulma halı qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, nəzarət olunan çimərliklər daha təhlükəsizdir. Ümumiyyətlə boğulma yaranan zaman 2 -3 nəfər dost, qohum, qardaş, bacı və eyni anda bir neçə adam boğulur. Biri boğulur o biri ona kömək eləmək istəyəndə o da boğulur. Dünya üzrə suda boğulma halları ilə, demək olar ki, bütün ölkələri mübarizə aparır. Hər il dünyada təxminən 400 minə yaxın insan suda boğularaq həyatını itirib. Baxın bu ciddi rəqəmdir. Türkiyədə, Rusiyada, ABŞ-da və Yaponiyada dünyanın hər yerində boğulma hadisələri baş verir. Ona görə də bununla bütün ölkələr mübarizə aparır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

0.04263710975647