Turlar təhlükəsizlik qaydalarına ƏMƏL EDİR? - Elmar Nurəliyev

Xəbər 

verdiyimiz kimi Azərbaycanda tur avtobusu qəzaya düşüb. iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla rayonun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb. Bəs tur şirkətlərində təhlükəsizlik tədbirləri hansı səviyyədədir?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sonxeber.az-a açıqlama verib.

Ekspert Elmar Nurəliyev bildirib ki, turizm sahəsində çalışan müəssisələrdə təhlükəsizlik məsələsi ön planda olmalıdır:

"Turizm sahəsində çalışan müəssisələr öz işlərində xidməti elə təmin etməlidir ki, ilk növbədə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Turzim şirkətləri ilk növbədə nəqlliyyat vasitəsinin sazlığından əmin oolmalıdır. Nəqliyyat vasitəsinin sürücüsü təcrübəli olmalıdır. Sürücünün və bələdçilərin bu sahədə bilik və bacarıqları kifayət qədər olmalıdır. Həmin şəxslərin sertifikasiyası mütləq şəkildə olmalıdır. Baş verə biləcək fövqaladə hadisələrə qarşı tədbirli olmalıdır. Nəqliyyat vasitəsində hər hansısa yanğın hadisə baş verərsə, yağın söndürmə qurğusunun olmasından, səhhəti pisləşən sərnişinə ilkin tibbi yardım göstərərmək üçün bütün avadanlıqlar və ilk tibbi yardın bacarıqlarının olması vacibdir. Bu tədbirlər ona görə lazımdır ki, fəsadların daha da böyüməsinin qarşısı alınsın. Həm də bu kimi hadisələrin olma riski minimum olsun. Təbii ki, hadislərdən heç kim sığortalanmayıb. Ancaq önləyici tədbirlər görmək və hadislərə hazırlıqlı olmaq lazımdır.

Elmar Nurəliyev bildirib ki, sürücü geddiyi yer haqqında məlumatlı olmalıdır:

"Sürücü gedəcəyi yer haqqında məlumatlı olmalıdır. Yolda hansı təhlükələrlə qarşılaşma ehtimalı ola bilər, bunu bilməli və önləyici tədbir görməlidir. Misal üçün:meşəlik ərazidə ayı ilə qarşıla bilər, və ya sərnişini ilan sanca bilər. Bu zaman ilkin tibbi müdaxilə necə olmalıdır. Tur təşkil edən şirkətlər bunların hamısını düşünməli və tədbirlər görməlidir. Son olaraq tur avtobusu və ya hansısa nəqliyyat vasitəsi yola çıxmazdan əvvəl yoxlanışdan keçməlidir. Ciddi qəzanın baş verməsinə zəmin yaradan amillər yoxlanılmalıdır.Bu halların olmaması təmin edilməlidir. Nasaz nəqliyyat vasitəsinin qəza etmək riski daha çoxdur. Amma saz vəziyyətdə olan nəqliyyat vasitəsinin qəza riski minimumdur. Baş verə biləcək qəzaları minimuma endirmək üçün bu tədbirlər nəzərə alınmalıdır".

Gülcahan Məmmədova

Sonxeber.az

neymar.az

0.027494192123413