Ekspert Elmar Nurəliyev: Qəzaların böyük əksəriyyəti tikinti sektorunun payına düşür

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə ölüb.
APA xəbər verir ki, hadisə “Baxça Şəhər” adalanan ərazidə qeydə alınıb.
1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, tikinti təhlükə potensialı riski yüksək olan sahədir:
“Ümumi istehsalatda baş verən qəzalara baxsaq görərik ki, böyük əksəriyyəti tikinti sektorunun payına düşür. Tikinti sahəsində texniki təhlükəsizlik, əməyin mühafizəsi, sanitar normalara və yanğın təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Nəzərə almaq lazımdır ki, tikintidə istifadə olunan avadanlıqlar, qurğular, dəzgahlar, makinalar, qaldırıcı mexanizmlər, ağır tonlarda nəqliyyat vasitələri, kimyəvi tərkibli tikinti materialları və hündürlükdə görülən işlərin hər birinin kifayət qədər təhlükə riski var. Bunların hər biri təhlükəsizlik normativlərinə və qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Mütləq qaydada tikinti sahəsində təhlükəsiz əmək şəraiti yaradılmalı, işçilərin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmamalı, işçilər fərdi və kollektiv mühafizə vasitələri ilə təchiz edilməlidir. Fərdi mühafizə vasitələri yəni gördüyü işin spesifikasına uyğun olaraq gözündə eynək, başında kaska, əynində uniforma, ayağında xüsusi geyim və hündürlükdə işləyirsə qoruyucu kəməri olmalıdır. 2 metrdən yuxarıda görülən işlər hündürlükdə görülən işlər sayılır. Bu zaman qoruyucu kəmərdən istifadə edilməlidir. Tikintidə çox sayda hündürlükdən yıxılma, xəsarət alma və həyatını itirmə halları qeydə alınıb. Ona görə ki, qoruyucu kəmərdən istifadə edilməyib. Kəmərdən mütləq istifadə edilməlidir. Bunlarında hər biri sertifikasiyası olan məhsullar olmalıdır. Tikinti sahəsində digər problem  isə kollektiv mühafizə vasitləridir. Ərazinin hasara alınması, kənar şəxslərin əraziyə daxil olmasının qarşısının alınması, qoruyucu çəpərlərin və torların çəkilməsi lazımdır. Çünki daş, dəmir, tiknti parçası aşağı düşə bilər. Həmçinin işçilər əmək müqaviləsi bağlandıqdan sonra çalışmalıdır.  Kənar şəxslər əraziyə uyğun olaraq təlimatlandırıldıqdan sonra içəri buraxılmalıdır. Yüklərin qaldırılması və boşaldılması zamanı mütləq təhlükəsizlik nəzərə alınmalıdır. Texniki təhlükəsizlik əmək mühafizəsinə nəzarət edən müfəttiş olur. Həmin müfəttiş tərəfindən tikinti ərazisində bütün işçilərin təhlükəsizlik qaydasına riayət olunması təmin edilir. Mütləq bütün işçilər işə girdiyi andan təlimatlandırılmadan keçməlidir. Giriş təlimatı verilmədən heç bir işçi tikinti ərazisinə daxil ola bilməz. Bu təlimatların növləridə var. Giriş təlimatı işçi işə daxil olan zaman verilir, ilkin təlimat isə işçi hər gün işə başlayan zaman ona rəhbərlik tərəfindən verilən təlimatlardır. Dövrü təlimatlar aylıq və illik  olur. Növbədənkənar təlimatlar isə iş yerində hər hansı hadisə baş veribsə. Yəni yıxılma, dağılma və uçma kimi hadisə zamanı səhəri gün heç nə olmamış kimi işə başlamaq olmaz”.
 
sherg.az
 
neymar.az
0.025808095932007