Baş verən yanğınların SƏBƏBİ NƏDİR?: Elektrik şəbəkələrindəki nasazlıqlara niyə BAXILMIR?- Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi dünən Bakıda "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisənin elektrik şəbəkəsindəki nasazlıq səbəbindən baş verdiyi bildirilir. Son zamanlar baş verən bu yanğınların çoxu elektrik şəbəkəsində baş verən nasazlıqlardan qaynaqlanır. Bəs obyektlərdə yanğın təhlükəsizlik haqqında qanuna əməl edilirmi? Eyni zamanda obyektlərə mütamadi şəkildə baxışlar keçirilir?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sonxəbər.az-a açıqlama verib.
Ekspert obyektlərdə yanğın təhlükəsizlik haqqından qanuna ciddi riayət edilməli olduğunu vurğulayıb:

"Bütün təyinatlı obyektlər yanğın təhlükəsizlik haqqından qanuna ciddi riayət etməlidir. Bura obyektin iş prosesinə uyğun olaraq yanğın təsisatlarına və tələblərə əməl etməsindən tutmuş , siqnalizasıya , yanğın dolabları, su krantları aiddir. Bu təsisatlar isə daim işlək vəziyyətdə olmalıdır. Obyektlərdə çalışan işçilərin sayına görə könüllü yanğınsöndürən dəstələri yaradılmalıdır. İşçilərin yanğın təhlükəsizliyə görə bilik və bacarıqları olmalıdır. Obyektdə yanğın təhlükəsizlik rejimi yaradılmalıdır. Bu bütün müəssisələrə aiddir. Obyektdə açıq oddan istifadə etmək olmaz. Siqarət yalnız təyin olunmuş məkanlarda çəkilə bilər . Yanma riski yüksək olan materiallar təhlükəsizliyə riayət olunmaqla saxlanılmalı və daşınmalıdır. Bu məsələlərə bütün obyektlər əməl etməlidir. Bu tədbirlər yanğın riskinin baş verməməsi üçündür".

Elmar Nurəliyev işçinin yanğın barədə müəyyən bilik və bacarıqlarının olmasının vacib olduğunu bildirib:

"Yanğın baş verərkən işçi necə davranmalıdır? Bu artıq digər etapdır. Yanğın baş verərsə işçinin bu barədə müəyyən bilik və bacarıqları olmalıdır. Yanğınların da müxtəlif növləri mövcudur. Yanğın bərk, maye, qaz, partlamaya meyilli maddələrin və elektrik şəbəkəsində nasazlıq səbəbindən baş verir. Yanğınların statistikasına baxsaq görərik ki, elektrik şəbəkəsində nasazlıq səbəbindən baş verən yanğınlar üstünlük təşkil edir. Ona görə də elektrik şəbəkələri yüksək səviyyədə olmalıdır. Onlara mütamadi olaraq texniki qulluq göstərilməlidir. Elektrik naqillərini normadan artıq yükləmək olmaz. Təmir işi zamanı elektrik naqilləri düzgün izolyasiya edilməlidir. Bu hallar pozularsa elektrik naqillərində qızma və alışma nəticəsində yanğın qaçılmaz olur.

Ekspert Elmar Nurəliyev bildirib ki, yanğının baş verməsi üçün 3 element kifayətdir:

"Yanğının baş verməsi üçün 3 elementin eyni anda olması kifayət edir. Oksigen, yanan maddə və istilik . Bu 3 element birlikdədisə və yanğın təhlükəsizlik qaydalarına əməl olunmayıbsa, yanğının baş verməsi qaçınılmazdır. Yanma riski yüksək olan materialların saxlanılmasına ciddi əməl edilməlidir. Misal üçün kağız, karton, parça sexlərində materialdan yarım metr məsafədə istilik cihazı qoyulub və nəzarətsiz qalıb. Bu da vaxt keçdikcə qızmaya, alışmaya səbəb olur ki, sonda yanğın baş verir. Yanğın təhlükəsizlik qaydalarının pozulması sonda yanğınla nəticələnir. Ona görə də bu qaydalara düzgün və ciddi əməl edilməlidir".

Sonxəbər.az

neymar.az

0.030263900756836