Ticarət mərkəzlərində yanğın təhlükəsizliyi - Elmar Nurəliyev

Bu gün yenə də Sədərək Ticarət mərkəzində mebel anbarlarının birində yanğın baş verib. Xoşbəxtlikdən yanğının miqyası böyümədən qarşısı alına bilib və ticarət mərkəzinə böyük ziyan dəyməyib.

Son zamanlar Azərbaycanda iri ticarət mərkəzlərin tez-tez baş verən yanğın hadisələri cəmiyyətdə birmənalı qarşılanmır. Halbuki sayları da o qədər çox deyil.

Ticarət mərkəzlərində tez-tez baş verən yanğın hadisələrinin səbəbi nədir? Belə ticarət mərkəzlərində yanğınların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev referans.az-a açıqlamasında bu suallar ətrafında danışıb.

“Yanğınların baş verməsinin əsas səbəbi yanğın təhlükəsizliyi qaydalarının pozulması, yanma riski, qabiliyyəti yüksək olan materialların, maddələrin, avadanlıqların, qurğuların düzgün şəkildə saxlanılmaması, daşınmaması, istifadə olunmamasıdır. Eyni zamanda elektrik qurğularında yaranan nasazlıqlar, elektrik xəttlərinin normadan artıq yüklənməsi, elektrik avadanlıqlarının, aparatlarının yanğın təhlükəsizliyinə uyğun olaraq, qaydalara uyğun olmayaraq təmirin aparılması, nasazlığın aradan qaldırılması zamanı keyfiyyətsiz materiallardan istifadə edilməsi və s.”.

Ekspert Elmar Nurəliyev bildirib ki, ticarət mərkəzi, zavod, fabrik, dövlət qurumu fərq etmir, yanğın mühafizə qaydalarına düzgün əməl edilməlidir. Ekspertin sözlərinə görə, belə hallara daha çox siqaretin düzgün məkanda qəbul olunmaması da səbəb olur.

“Yanğın səbəblərinə nəzər saldıqda görə bilərik ki, böyük pay insan amilinin üzərinə düşür. Yanğınlar həm insanların etdikləri səhvlərə, həm də onların qurduğu sistemlərdə olan nasazlıqlara görə baş verə bilər və bu da o deməkdir ki, istənilən halda insanlar daha diqqətli olmalıdır”.

Fidan Vəlisoy 

referans.az

neymar.az

0.026906967163086