"Bütün obyektlər yanğın təhlükəsizliyinə dair qaydalara riayət etməlidir" - Elmar Nurəliyev

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə dair qaydalara ciddi riayət etməlidir: lkin yanğınsöndürmə, xəbardaredici siqnalizasiya vasitələrinin, təxliyyə planlarının mövcudluğu təmin olunmalıdır. Obyektin elektrik təsərrüfatı elektrik qurğularının quraşdırılması qaydasına uyğun olaraq həyata keçirilməlidir. Tez alışa bilən, yanmaya, parçalanmaya meyilli maddələrin saxlanması, daşınması təhlükəsizlik qaydalarına uyğun olmalıdır. Obyektin tavanına, döşəməsinə tez alışa bilən materiallardan, dekorasiya tipli üzlüklərdən istifadə edilməməlidir. Ehtiyyat çıxış qapısının qarşısında hansısa maneə olmamalıdır. İşçilərin sayı 15-dən çoxdursa, könüllü yanğınsöndürmə dəstələri yaradılmalıdır. Obyektin sahibi adı çəkilən qaydaları təşkil etməyə borcludur. Hansısa yanğın riski yarandıqda həmin sistem vaxtında müdaxilə edərək böyük zərərin qarşısını alacaq".
sherg.az
neymar.az
0.036125898361206