Mindiyimiz liftin təhlükəsizliyinə necə əmin olaq? - Elmar Nurəliyev

Elmar Nurəliyev: “Qəzalar əsasən köhnə, nasaz liftlərdə baş verir”

Martın 28-də Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib.

Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə paytaxtda, istismar müddəti bitmiş, sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəz edilib və bu istiqamətdə işlər davam etdirilir. Bununla yanaşı, şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və təcili müdaxilələrə zərurət yaranıb.

Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Vurğulanıb ki, martın 26-da Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı (həmin gün 45 yaşlı xanım liftin qapıları arasında qalaraq həlak olub - red.) BŞİH-də komissiya yaradılıb və hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır.

Xalid Ələkbərov kimə güvənir?-ŞOK DETALLAR -

Xalid Ələkbərov

Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. 

Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.

Yəni məlum olur ki, faciəyə əslində vətəndaşın özü yox, nasaz lift səbəb olub. O zaman mindiyimiz liftin təhlükəsizliyinə, keyfiyyətinə necə əmin olaq? BŞİH-dəki toplantının, verilən cəzaların təsiri olacaqmı?

Sirr deyil ki, xüsusən də köhnə çoxmərtəbəli binaların bir çoxunda lift avadanllqları müasir standartlara uyğun deyil.

Hər məktəbin təhlükəsizlik planı olmalıdır - Elmar Nurəliyev

 Elmar Nurəliyev 

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, liftlər çoxmənzilli yaşayış binasında, ticarət mərkəzində və sairə digər obyektlərdə yerdə quraşdırılmasından asılı olmayaraq, mütləq şəkildə onun təhlükəsizlik istismarı lazımdır. Yəni orada təhlükəsizlik məsələsi ön planda olmalıdır. 

Həmçinin mütləq şəkildə liftin təhlükəsizlik məsələlərinə cavabdeh şəxslər olmalıdır. Məsələn, əgər liftdə nasazlıq baş verərsə, cavabdeh şəxslər dərhal bu nasazlığın aradan qaldırılması üçün tədbirlər görməli və həmin liftin istismarı dayandırılmalıdır. 

Liftdə hansısa detalın dəyişdirilməsi mütləq ixtisaslaşmış, akkreditasiyadan keçmiş şəxslər tərəfindən həyata keçirilməlidir. Yoxsa ki, kiminsə anlayışı var deyə dəvət edib, detalın dəyişdirilməsinin həyata keçirilməsi yolverilməzdir.

Həmçinin detallar dəyişdirilərkən yalnız lisenziyası olan məhsullar, qurğular, tros, əyləc sistemindən istifadə olunmalıdır. Olur ki, tros sisteminə baxış keçirilir və onun qaydasında olduğu görünür, amma istismar müddəti  3 il göstərilibsə, mütləq şəkildə 3 ildən sonra istismarı dayandırılıb, yenisi ilə əvəz olunmalıdır. 

Liftlərdə nasazlıqlar nə zaman baş verir? Normadan artıq yüklənmə olduqda və elektrik, əyləc sistemində, troslarında nasazlıq baş verir, nəticəsində qəzalar yarana bilir. Ona görə də liftin elektrik sistemi də mütləq şəkildə qaydasında olmalıdır. Beləliklə, normadan artıq yüklənmə liftin vaxtından tez  istismar müddətinin başa vurmasına gətirib çıxara bilir.

Bəzən sərnişinlər üçün nəzərdə tutulmuş liftdən yüklərin daşınması üçün istifadə olunur ki, bu da liftin istismar müddətinin tez başa çatmasına səbəb olur. 

Bir sıra hallarda bina sakinlərinin özləri liftdən istifadədə məsuliyyətsiz davranır, məsələn, göstərilən normadan artıq yükləyir, düymələrini qırır, düymələri eyni vaxtda basır. Bütün bunlar da liftin vaxtından əvvəl istismar müddətinin başa çatmasına səbəb olur. Həmçinin liftin tavanına, döşəməsinə, yan güzgülərinə toxunmaq olmaz. Həmin güzgülərin belə təhlükəsizlik elementləri var. Liftə minəndə mütləq güzgüdə özünü görmək lazımdır. Ola bilər ki, liftin qapısı açıq olsun, amma özü mərtəbəyə gəlməsin, bu zaman şəxs bilmədən liftə minəndə şaxtaya düşə bilər. 

Liftin qırılıb şaxtaya düşməsi nadir baş verən hadisə olur və əsasən köhnə nasaz liftlərdə ola bilir. Amma müasir liftlərin hər birində ikili və yaxud üçlü sığorta sistemi mövcuddur. Məsələn, trosu qırılsa belə, kabinənin öz əyləc sistemi işə düşür və liftin şaxtaya düşməsi aradan qalxır. Və yaxud əyləc sistemi qırılarsa, tors  sistemi işə düşür. Yəni müasir liftlərdə təhlükəsizlik sistemi daha ciddi nəzərə alınıb.

Həmçinin azyaşlı uşaqlar mütləq şəkildə valideyn nəzarəti altında liftdən istifadə etməlidir. 

Bir sözlə, insanların özləri də təhlükəsizlik qaydalarına riayət etməyə maraqlı olmalıdır.

Ümumiyyətlə isə binalarda liftdə alternativ enerji olaraq generator olmalıdır. Yəni qəfildən elektrik kəsilərsə, generatordan istifadə edilə bilsin. Lakin çox təəssüf ki, hazırda bir çox yeni tikili binalarda liftdə generator yoxdur, nəticədə elektrik kəsildikdə insanlar liftin içində qalır. Bu zaman liftin içində yaşlı və yaxud səhhətində müəyyən problemi olan insan olarsa, onun sağlamlığı üçün ciddi təhlükə yarana bilər.

O ki qaldı BŞİH-dəki toplantının, verilən cəzaların təsirinin olub-olmayacağına, hesab edirəm ki, əgər cəzalandırma varsa və məsələ ilə bağlı rəsmi toplantı keçirilibsə, bu məsələ müzakirə olunubsa, yəqin  ki, müsbət nəticələri olacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

neymar.az

0.046861886978149