Əgər bir nəfər silah yaxud alətlə şəxsin üzərinə gəlirsə, ilk olaraq insan özünü qorumalıdır! - Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi, dünən Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Əhməd bu cinayəti törətməzdən əvvəl Elmira Mehman qızını və onun azyaşlı övladını da qətlə yetirib. Baş vermiş hadisə zamanı evdəki hay-küyə heç kim gəlməyib. Eyni zamanda binanın mühafizəsi və təhlükəsizlik kameraları ilə bağlı məlumatda yoxdur. Sadəcə olaraq aş vermiş ağır cinayəti qonşu qapının gözlüyündən lentə alıb. Cinayətkarın əməlini törədən zaman heç bir kömək etməyə çalışmayan, sadəcə, qətl anını lentə alan qonşunun hərəkəti müzakirələrə səbəb olmuşdu.

Belə hadisə baş verərsə, binanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hansı addımlar atılmalıdır. Təhlükəsizlik məsələləri üzrə ekspert ELmar Nurəliyev Sonxeber.az-a bildirib ki, bu tip hadisələrdə, binalarda mühafizə xidmətinin rolu yaxud binada nəzarət-müşahidə kameraları olmasının təhlükəsizlik üçün müəyyən rolu var:

"Bu kimi hadisələrə, təhdidlərdə, təcavüz, qarət və soyğunçuluqda soyuq silah qismində istifadə olunan alətlər ilə icra olunduqda insanların bu kimi hadisələrə yanaşması fərqlidir. Belə hadisələr vaxtı istər başına gəldiyi təqdirdə, istərsə də başına gəlməyib şahidi olduğu halda edəcəkləri daha önəmlidir. İnsanların maksimum birliyi, bacarığının olması belə hadisələr vaxtı müəyyən qədər doğru düzgün davranış sərgiləməyə kömək edir. Mən burada xüsusilə vurğulamaq istəyirəm ki, silahsız, özünümüdafiə problemləri var. Hər bir insanın özünümüdafiə bacarıqları olmalıdır. Özünümüdafiə o demək deyil ki, şəxs silah yaxud soyuq silah qismində istifadə olunan alət ilə gəlir və sən onun üstünə gedəsən yaxud almağa çalışasan. Bu cəsarət, qorxumazlıq deyil".

Ekspertin sözlərinə görə, əgər bir nəfər silah yaxud alətlə şəxsin üzərinə gəlirsə, ilk olaraq insan özünü qorumalıdır:

"İmkan varsa, maksimum təhlükəsiz yerə keçməli və qaçmalıdır. Özünü onun üstünə atmalı deyil. Bu birinci qaydadır. Açıq bir sahədə imkan var qaçırsan. Amma bağlı bir yerdə, qapalı məkanda qaçmağa yer yoxdur. Burada nə etməlisən? Özünümüdafiə bacarığı burada ortaya qoyulur. İnsanların zəif yerinə zərbələr endirməklə təsirsiz hala gətirmək mümkündür. Situasiyaya görə variantlar müxtəlifdir. Ola bilər ki, bir daş parçası var onu ata bilərsiz. Hay-küy salıb kiminsə diqqətini cəlb edib köməyə çağırmaq olar. Burada yanaşma fərqlidir. Bacarıqların olması vacibdir ki, bu kimi hallar baş verdikdə nə etməli olduğunu bilsin. Təbii ki, buna şahidlik edən şəxslərində bacarıqların olması hadisə zamanı böyük rolu var. Hadisə şahidlərinin əgər özünümüdafiə bacarıqları varsa onlarda qısa bir zamanda bunun qarşısının alınmasına cəhd göstərə bilərlər. Ən azı mühafizə orqanlarına məlumat verə bilər, ərazinin bloklanması və insanlarin diqqətini cəlb etmək üçün addımlar ata bilər. Bütün bunlar xidmət sahəsində çalışanlara aiddir. Məsələn binanın mühafizəsi varsa, özünümüdafiə bacarıqları ilə bu kimi situasiyalarda doğru qərar qəbul edə bilər".

Sevda Səfərova

sonxeber.az

0.62031292915344