Mühafizəçilər arasında turnir keçiriləcək - Elmar Nurəliyev

Azərbaycanda ilk dəfə olaraq mühafizəçilər arasında turnir keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi, Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun komitə sədri Elmar Nurəliyev verib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mühafizəçilər arasında Əlbəyaxa Döyüş İdman növünün özünümüdafiə versiyası üzrə turnir təşkil olunacaq.

Elmar Nurəliyev deyib ki, qeyri dövlət-özəl mühafizə sahəsində fəaliyyət göstərən müəssisələr və mühafizəçi çalışan hər kəs turnirdə iştirak edə bilər:

"Nazirliklərin, rəsmi qurumların, ictimaiyyət nümayəndələrinin, media qurumlarının, peşəkar idmançıların və s. iştirakı ilə çox möhtəşəm bir turnir olacaq".

Qeyd edək ki, turnir Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycanda rəsmi nümayəndəsi olan Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubu tərəfindən keçiriləcək. Yarışlarda iştirak etmək üçün son qeydiyyat tarixi aprel ayının 15-dir".

Süleyman

newscenter.az

0.024297952651978