Dəm qazından zəhərlənmə hallarının artımı nə ilə bağlıdır?- Elmar Nurəliyev

Son zamanlarda dəm qazından zəhərlənmə hallarında artım müşahidə olunur.Mütəxəssislər qış aylarının səssiz qatili olaraq xarakterizə edilən dəm qazından zəhərlənmələrə qarşı hər fürsətdə xəbərdarlıq edirlər. Vətəndaşlar bəzən soba, su qızdırıcıları, və bu cihazların bacalarından dəm qazından zəhərlənmə ilə üzləşir. Dəm qazından zəhərlənmələrin səbəbi nə ilə bağlıdır?

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev sonxeber.az-a bildirib ki, evdə qaz təchizatı varsa onların təhlükəsiz istismarı lazımdır. Ona görə də mütləq əməl edilməli olan təhlükəsizlik qaydaları var

"Evdə qaz cihazı olan otaqda mütləq havalandırma olmalıdır. Bu qaz təchizatının istismarı qaydalarından ən önəmlidir ki, mütləq qaz cihazı işləyirsə havalandırma ilə təmin edilməlidir. Əgər havalandırma olmazsa havasızlıqdan yanma prosesi pozula və dəm qazından zəhərlənmə ola bilər. Dəm qazı natamam yanma məhsuludur. Yanma prosesi pozulduqda natamam yanma nəticəsində dəm qazından zəhərlənmə olur. Otağa quraşdırılan qaz cihazının, su qızdırıcılarının tutumuna və kvadratına görə nəzərə alınmalıdır. 3-5, 7-8 kvadratmetrlik bir otaqda həm 4 gözlü qaz peçi, su qızdırıcısı quraşdırılması zamanı hava kütləsi nəzərə almaq lazımdır. Nəzərə alınmadığı təqdirdə yanma prosesi pozula bilər. Mütləq diqqət etmək lazımdır. Əfsuslar olsun ki, bəzən otaqların yeri dəyişilir. Bir otaq iki otağa ayrılır. Mətbəx elə yerə salınır ki, orada nə pəncərə olur, nə də ventilyasiya var".

Ekspertin sözlərinə görə, otağa qazın qeyri-metal borularla çəkilişi yolverilməzdir. Qaz təchizatı birbaşa hansı otaq üçün nəzərdə tutulubsa metal borularla çəkilməlidir:

"Bu hallar yolverilməzdir. Hamam otaqlarında "pyatiminutka" deyilən qızdırıcı cihazlarının quraşdırılması təhlükəsizlik baxımından doğru deyil. Ona görə də daha təhlükəsiz qaz cihazlarının quraşdırılmalıdır. İstehlakçılar onu təmin etməlidir. Hamam otağında qaz təchizatı quraşdırılıbsa ventilyasiya, havalandırma olmalı və işləmək vəziyyətə gətirilməlidir. Heç olmasa hamam ölçüsünün kvadratı 6-7 kvadratmetr və hündürlüyü 2 metrdən yuxarı olmalıdır. Mütləq evlərdə həm dəm qazı əleyhinə və qaz sızması əleyhinə dedektorların olması təmin edilməlidir ki, qaz sızması olduqda artıq istifadə ilə bağlı məlumatı olur. Ona görə də bu məsələ diqqət yetirilməlidir. Həm qanunvericilikdə öz əksini tapıb, həm də insanlar bunun nə qədər vacib olduğunu bilməlidirlər. Digər mərkəzləşmiş istilik və kombi sistemi olan evlərdə bu daha təhlükəsizdir. Çünki evdə qaz təchizatı yoxdur. Elə bir fakt yoxdur ki, evdə mərkəzləşmiş istilik və kombi sistemi olan yerdə dəm qazından zəhərlənsin. Kombi sistemi çöldə olur. Evin isidilməsi və isti suya olan tələbat bu zaman daha təhlükəsiz olur. Belə olan hallarda daha bu tip hadisələrdən daha çox sığortalanmaq olur".

Sevda Səfərova

sonxeber.az

neymar.az

0.030202865600586