Bərdədə döşəmənin çökməsinə səbəb nədir? – Ekspert Elmar Nurəliyev

Bu gün Bərdə rayonun Yeni Daşkənd kəndində yas evinin döşəməsinin uçması nəticəsində ölən  və xəsarət alanlar olub.

Bəs, döşəmənin uçmasına səbəb nə ola bilər?

Mövzu ilə bağlı sfera.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, döşəmənin çökməsinin bir sıra səbəbləri var.

“Tikinti mterallarının korruziyaya uğraması, döşəməyə dövri qulluğun edilməməsi, deformasiyaya uğraması, normadan artıq yük və təzyiq olunması nəticəsində uçma, dağılma kimi təhlükəli hallar baş verə bilir. Fərdi yaşayış evlərində tikinti layihəsinin düzgün yerinə yetirilməməsi də əsas səbəblərdən biridir”.

Ekspert bildirib ki, tikinti zamanı müəyyən norma və standartlar var ki, onlara riayət olunmalıdır. Bu işləri də işinin peşəkarı olan tikinti ustaları etməlidir.

“Hər adını usta qoyan şəxslərə evin tkintisini və bərpasını əmanət etmək olmaz”-deyə, ekspert bildirib.

Ülkər Abdurahmanlı

sfera.az

0.024662971496582