Zaqatala, yoxsa Bermud üçbucağı?! - Ekspert Elmar Nurəliyev

"Meşəlik və dağlıq ərazilərə gəzməyə gedən insanlar  təhlükə riskini gözardı etməməlidir"
 
Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub. 
 
 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb. Dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə gediblər və meşəlik ərazidə yolu azıblar.
Ötən il Zaqatalada itkin düşən  hindistanlı turist Kondaveeti Manikath   isə indiyədək tapılmayıb.
 
Bəs, meşədə gəzərkən nəyə diqqət edilməlidir?
 
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında deyib ki, meşəlik və dağlıq ərazilərə gəzməyə gedən insanlar  təhlükə riskini gözardı etməməlidir. Ona görə də insanlar gəzintiyə çıxmazdan əvvəl getdikləri yer barədə ətraflı məlumat almalı, riski ərazidirsə mütləq bələdçilərdən dəstək almalıdır. Dağlıq yerlərdə sürüşmə, qayadan yıxılma riski  böyükdür.  Vəhşi heyvanların hücumuna məruz qalmaları da istisna deyil. Ümumiyyətlə, insanların təmas etmədiyi yerlərə getməsələr daha yaxşıdı, getsələr belə mütləq əraziyə bələd olan biri ilə gedilməlidir. Əks halda azsa səsini heç kəsə eşitdirə bilməyəcək. Meşəlik və dağlıq ərazilərə  bələdçisiz getmək çox səhv addımdır. Bu tövsiyyə  həm daxili, həm də xarici turistlər üçün keçərlidir". 
sherg.az
neymar.az
0.026472091674805