Ekspert valideynlərə müraciət etdi: Belə quyuya düşə bilərlər

Bakı. Trend:

Mayın 17-si Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşərək həlak olublar.

Məlum olub ki, 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər.

Belə hallarda təhlüksizliyi necə həll etmək olar?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, ümumiyyətlə gözləmək lazım deyil ki, hansısa bədbəxt hadisə yaşanandan sonra təhlükəsizlik tədbirlər görülsün.

"Maşatağada iki azyaşlının quyuya düşərək həyatını itirməsi buna əyani sübutdur. Belə yerlər hansı quruma tabedirsə orda təhlükəsizlik tədbirlərini mütləq təşkil etməlidir.Dövlət qurumları,özəl şirkətlər və fərdi şəxslər hər hansı iş görürlərsə orda birinci növbədə insanların təhlükəsizliyi təmin olunmalıdır. Əgər ərazidə təhlükə risqi varsa mütləq qarşısı alınmalıdır. İnsanlar belə quyuları görməyib quyuya düşə bilər. Bu kimi yerlər qarnlıqda daha təhlükəli olur. Belə neft quyulura bir çox yerlərdə var. Təhlükə tək belə quyularla bitmir. Bu yol çöküntüsü, kanalizasiya quyusu, işıq dirəyi, uçma ehtimalı olan hasar ola bilər. Hadisə bir dəfə olur."

Ekspert Elmar Nurəliyev bildirib ki, valideyinlər də çox diqqətli olmalıdır.

"Belə təhlükəli yerlərdən uşaqlarını uzaq tutmalıdırlar. Özləri uşaqlarının yanında olmsa da övladlarına belə yerlərdən uzaq durmağı tapşırmalıdırlar ki, sonucda belə bədbəxt hadisələrlə üzləşməsinlər. Bədbəxt hadislərdən böyüklər də sığortalanmayıb. Onların da ehtiyyatlı olmağı mütləqdir", - deyə o qeyd edib.

trend.az

neymar.az

0.025623798370361