Ölkədə kriminogen halların sayı niyə artır və bununla mübarizədə biz nə etməliyik? - Elmar Nurəliyev

Bir müddət öncə Bakıdakı iri marketlərdən birində baş verən oğurluq hadisəsi, indi isə şəhərin mərkəzindəki atışmada insanların güllələnməsi ölkənin kriminogen durumu ilə bağlı məsələni gündəmə gətirib. Son zamanlar bu kimi hallarının sayında baş verən dəyişiklik cəmiyyətin narahatçılığına səbəb olub. Bəs görəsən belə kriminogen halların sayı niyə artır və bununla mübarizədə cəmiyyətin üzərinə hansı məsuliyyət düşür? 

Mövzunu KONKRET.az-a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, insan mövcud olduqca şəxsi həyata qəsd, oğurluq, talan və bu kimi hadisələr baş verəcək: “Belə kriminogen hadisələrə qarşı bütün dünya mübarizə aparır. Azərbaycanda da hüquq mühafizə orqanları bu cür halların sayının minimuma endirilməsi istiqamətində ciddi səy göstərir. Amma həyat fəaliyyəti olan yerlərdə təhlükə riskinə qarşı hazırlıqlı olmalıyıq. Yəni həm mənəvi, həm psixoloji, həm də praktiki cəhətdən hazırlıqlı olmaq vacibdir. Bu kimi hadisələri müxtəlif kateqoriyalara bölmək olar. Məsələn, obyektlərə, şəxslərə qarşı olan təhdidlər var. Obyektlərə qarşı olunan təhdidlərin sayını minimuma endirmək üçün bütün təhlükəsizlik tədbirlərini vaxtında görmək lazımdır. Əgər obyektdə pul və digər qiymətli əşyalar saxlanılırsa, yaxud insan fəaliyəti varsa, b zaman oğurluq, qarət və talan planı hədəfə çevriləcək. Ona görə də, bu cür obyektlər öz təhlükəsizlik sistemlərini elə qurmalıdırlar ki, özlərini baş verəcək kriminogen hadisələrdən sığortalaya bilsinlər. Yəni nəzarət müşahidə kameraları qurulmalı, buraxılış sistemi olmalıdır. Orada çalışan bütün işçilərə təhlükəsizlik təlimləri keçirilməlidir. Məsələn, insanlara bu cür hadisələr zamanı nə etməli və şübhəli şəxsi necə müəyyənləşdirməli olduğu, nəzarətsiz çantalara necə yanaşılması aşılanmalıdır”.

Tanınmış ekspertin evində partlayış: Gecə saat 5-də qaz kəsilib, sonra… - FOTOEkspert əlavə edib ki, ictimai işlərlə məşğul olan, yaxud vəzifə daşıyan şəxslər də öz təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atmalıdır: “Təbii ki, heç kim 100 faizlik sığortalanmadan danışmır. Amma önləyici tədbirlər görməklə bu cür hadisələrdən minimal zərərlə qurtulmaq mümkündür. Həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı kurslar fəaliyyət göstərir. Biz müraciət edənlərə bu cür kurslar təşkil edirik. Təhlükəsiz əmək şəraitinin yaradılmasından tutmuş, işdən kənar hallardakı təhlükəsizlik tədbirləri ilə bağlı bütün mövzularda təlimlər keçirilir. Sadəcə olaraq insanların bu təlimlərə marağı yoxdur. Ümumiyyətlə, təhlükəsizlik qaydalarına qarşı biganəlik mövcuddur. İnsanları saxlayıb 30 saniyəlik təlim keçməyə və təhlükəsizlik məsələlərini izah etməyə çalışanda belə, onlar bunu vaxt itkisi kimi xarakterizə edirlər və yayınırlar. Ona görə də, insanların yanaşması və düşüncəsi dəyişməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

neymar.az

0.036307811737061