Marketlərdə təhlükəsizlik qaydalarına nə dərəcədə riayət olunur? - EKSPERT ELMAR NURƏLİYEV

Bu gün Xətai rayonunda hipermarketlərdən birində baş verən silahlı atışma iaşə obyektlərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Bu cür soyğunçuluq hallarının qarşısını almaq üçün ictimai obyektlər yüksək səviyyədə qorunmalıdır. Söhbət insan faktorundan gedirsə, bütün təhlükəsizlik qaydalarına diqqətlə əməl olunmalıdır.

Bəs, paytaxtda fəaliyyət göstərən ictimai məkanlar yetərincə qorunurmu? Bu mövzuda hansı işlər həyata keçirilməlidir?

Ednews-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, 

təhlükəsizlik qaydalarına dair ilkin biliklər olarsa, bədbəxt hadisələrin sayı minimuma enəcək.

Onun sözlərinə görə,  bütün təyinatlı obyektlərdə təhlükəsizlik məsələsi ön planda olmalıdır. 

“İnsanların cəmləşdiyi məkanlar, kütləvi tədbirlərin keçirildiyi məkanlar, məkrəblər, xəstəxanalar, metrolar hər zaqman diqqətdə saxlanılmalı və qorunmalıdır. Təhlükəsizlik tədbirləri hər yer üçün fərqli olur. Hər bir yerin təhlükəsizlik planı olmalıdır.  Öncədən hazırlıqlı olmaq lazımdır. Bu həm kənar təhdidlərə qarşı, həm də soyğunçuluq, qarətçiliklərə qarşı olmalıdır. Bir sıra obyektlər Daxili İşlər Nazirliyi ilə, bəziləri isə özəl qurumlarla əməkdaşlıq edirlər. Bütün mağazalarda, iaşə obyektlərində, müəssələrdə çalışan hər bir kəs təhlükəsizlik qaydaları öyrənməlidir. Bu çox vacib haldır. Hər bir işçiyə təhlükəli şəxsi necə tanımaq olar?  ondan necə qorumaq olar? bağlı  təlimlər, seminarlar keçirilməlidir.  Bütün tədbirlər planı olmalıdır ki, baş verən hallarda necə az zərərlə qurtulmaq olar. Mütləq şəkildə önləyici tədbirlər, çalışan insanların özünümüdafiə bilikləri olmaldır. İlkin biliklər olarsa, belə halların sayı minimuma enəcək”. 

Ekspertin sözlərinə görə, qiymət dəyəri çox olan əşyaların, pulların danışınması zamanı xüsusi qorumanın olması çox vacibdir. 

“Bura həm gülləkeçirməz avtomobil, geyim, özünü müdafiə üçün silahlı şəxs lazımdır. Əməliyyat yerinə yetirilərkən həm çöldən, həm də içəridən nəzarət olmalıdır. Hər bir şeyə son dərəcə diqqət etmək lazımdır ki, bədbəxt hadisə baş verməsin. Qarət etmək istəyən şəxs aylarla, günlərlə öz qurbanını izləyir. Boşluğu, rahat mühiti tapan kimi hücum edir. Lakin bu prosses vaxtında aşkarlanıb məhv olsa, bədbəxt hadisələr baş verməz”.  

Ekspert bildirib ki, obyektin təhlükəsizlik məsələsi fərdi yanaşmadır.

“Hər bir əraziyə uyğun təhlükəsizlik əməkdaşlarının müəyyən sayı olmalıdır. Bu ərazinin böyük və kiçikliyinə görə dəyişir. Obyektin təyinatından, ərazisindən, mühitindən çox şey aslıdır. Göstərilən xidmət, gələn insanların sayı nə qədər çox olarsa, təhlükəsizlik əməkdaşının sayıda bir o qədər artırılmalıdır. Təkcə canlı qüvvə ilə yanaşı kameralardan da istifadə edilir.  Bütün obyektlər bura təkcə marketlər yox, bazarlar, insanların sıx olduğu restoranlar, əyləncə mərkəzləri xüsusi qorunmalıdır”, - deyə Elmar Nurəliyev qeyd edib.

Aysel Şahmar

ednews.net

neymar.az

0.030732870101929