Ticarət mərkəzlərinin təhlükəsizliyi- Elmar Nurəliyev

Xəbər verdiyimiz kimi, martin 4-də Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Bravo” supermarketinə məxsus hipermarketdə silahlı insident baş verib. Hadisə zamanı bir neçə nəfər güllələnib, ölən və yaralılar var.  

Bu silahlı insidentdən sonra iri ticarət şəbəkələrinin və bankomatların mühafizə məsələsi gündəmə gəlir.

“Ticarət mərkəzləri, kütləvi tədbirlərin keçirildiyi məkanlar, iaşə obyektləri və ümumiyyətlə insanların daha çox cəmləşdiyi ərazilərdə insanların təhlükəsizlik məsələsi ön planda olmalıdır. Bütün təhlükə risklərinə qarşı hazırlıqlı olmaq və müvafiq tədbirləri görmək lazımdır. Kommersiya qurumlarının və təşkilatların təhlükəsizlik konsepsiyası olmalıdır”.  

Bunu Bakıvaxtı.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib.

“Terror hadisələrindən, təhdidlərdən, təzyiqlərdən, qarət, oğurluq hallarından və fəlakətlərdən heç kim sığortalanmayıb. Ancaq önləyici tədbirlər görməklə, riskləri qiymətləndirməklə və təhlükəsizlik planı hazırlamaqla baş verə biləcək hadisələrdən qorumaq və ya az zərərlə qurtulmaq olur.

Bu kimi hadisələrin qabaqcadan aşkar olunması və hadisədən sonra ilkin müdaxilənin həyata keçirilməsi, insanların maksimum az zərərlə hadisədən xilas olmasında gətirib çıxara bilir”, - deyə E.Nurəliyev bildirib.

O qeyd edib ki, qiymətli əşyaların və pulların saxlanması, daşınması və aparılması kimi fəaliyyətlər hər yerdə pis niyyətli insanların həmişə hədəfində olur: “Buna qarşı mütləq önləyici tədbirlər görülməlidir. Çünki şəxslər pis niyyətlərini həyata keçirmək üçün yeri öncədən planlaşdırır, bir neçə müddət maşahidələr aparır və çirkin fəaliyyətini həyata keçirmək üçün əlverişli zamanı gözləyirlər. Odur ki onlara əlverişli mühiti və boşluğu yaratmaq lazım deyil. 

Odur ki, mühafizə xidməti göstərən şəxslərin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçilməlidir, onlar şübhəli şəxslərin əlamətləri və onların aşkarlanması, onlara qarşı görəcəkləri tədbirlər barədə məlumatlı olmalıdır, mühafizə vasitələrindən istifadə qaydaları mənimsəməlidir”.

Ramid İbrahimov

bakivaxti.az

neymar.az

0.049915075302124