Ümumtəhsil müəssisələrimiz zəlzələyə nə qədər davamlıdır?- Elmar Nurəliyev

Qardaş Türkiyədə baş vermiş zəlzələ hadisəsi bu gün diqqət mərkəzindədir. Bu bizi ölkəmizdəki təhsil müəssisələrinin dözümlülüyü barədə narahat edir.

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, zəlzələ və bu kimi təbii fəlakətlər zamanı təxliyyə qaydaları haqqında mütləq hər bir təhsil müəssisəsi məlumatlandırılmalıdır:

“Ümumiyyətlə, ölkəmizdə olan bütün tikintilər mərtəbə sayından asılı olmayaraq geoseysmik göstəricilər nəzərə alınmaqla 9 ballıq zəlzələyə davamlı şəkildə layihələndirilir. Bəzi sovet dövründən qalmış köhnə, qəzalı vəziyyətdə olan məktəblərimiz də var ki, onların sıradan çıxması üçün zəlzələyə və ya hansısa başqa təbii fəlakətin olmasını gözləməyə ehtiyac yoxdur. Əlbəttə, təbii fəlakətlərdən heç kim sığartalanmayıb. Amma hər kəs hadisədən öncə, hadisə zamanı və sonra nə edilməli olduğunu bilməlidir. Xüsusən də təhsil ocaqlarında inzibati və pedaqoji heyət, tələbə və şagirdlər təxliyyə planı haqqında mütləq məlumatlandırılmalıdır.

Eyni zamanda, bu biliklərin təcrübədə tətbiq edilməsi olduqca vacibdir. Keçirilən tədbirlərin davamlı olması da mütləqdir”.

azedu.az

neymar.az

0.033362865447998