AZTV: Mənzillərdə təhlükəsizlik qaydaları - Elmar Nurəliyev

Bildiyimiz kimi qış aylarında dəm qazından zəhərlənmələrin sayı kəskin şəkildə artır. İlk öncə bir məsələyə aydınlıq gətirək ki, bəzi insanlar təbbi qazla dəm qazını qarışdırır, ancaq aralarında bir sıra fərqlər mövcuddur.

Təbii qaz iysiz olduğu üçün sızıntılar zaman ehtiyyatsız davranışlar nəticəsində partlayışlara səbəb olur. Tənnəffüs zamanı qısa müddət içində baş gicəllənməsi və tarazlıq itkisi, bir müddət sonra da huşunu itirmə və ölüm ilə nəticələnir. Bunun səbəbi isə zəhərlənmə deyil, tənəffüs zamanı oksigenin dayanmasıdır.

Lakin iyi hiss etdiyimiz üçün bunun qarşısını ala bilərik.

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Mənzillərdə təhlükəsizlik qaydaları" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Teymur Cəfərov - SOCAR "Azəriqaz" İB-nin şöbə rəisi, Elnur Fərzəliyev - əmlak mütəxəssisi, Orxan Musayev - təhlükəsizlik üzrə mütəxəssis və Elmar Nurəliyev - təhlükəsizlik üzrə mütəxəssis, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

1news.az
neymar.az
0.027892112731934