ISR-MÜHAFİZƏ MMC
ISR-MÜHAFİZƏ MMC 1997-ci ildən müxtəlif qurumlara və fiziki şəxslərə təhlükəsizlikdə təminat xidmətləri göstərir.
Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq, sonuncu dəfə 1 noyabr 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində ISR-MÜHAFİZƏ MMC kimi təkrar qeydiyyatdan keçmiş və 0104-P78-41319 saylı şəhadətnamə alınmışdır.
ISR-MÜHAFİZƏ MMC qanunvericilikdə nəzərdə tutulmuş lazımi texniki və xüsusi vasitələrlə təchiz olunub və yüksək peşəkar səviyyəli, təcrübəli və fiziki hazırlıqlı əməkdaşlarla komplekləşdirilib.
ISR-MÜHAFİZƏ MMC, mühafizə xidmətinin göstərilməsi ilə əlaqədar keçirilmiş bir sıra tenderlərdə iştirak edib və qalib gəlib. Səfirliklərə, xarici nümayəndəlik və şirkətlərə mühafizə xidmətləri göstərilir.
ISR-MÜHAFİZƏ MMC mühafizənin bütün istiqamətlərində peşəkar səviyyəli xidmətlərə zəmanət verir və bizimlə əməkdaşlıq edən müşdərilər öz təhlükəsizliyinə tam əmin ola bilərlər.
Bizim məqsədimiz müştərilərimizin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş ən yüksək səviyyəli xidmətlər təmin etməkdir. Bizim missiyamız bazarda lider olmaq, parametrləri müəyyən etmək və amalımıza uyğun olaraq təhlükəsizliyin gələcəyini formalaşdırmaqdır. Müştərimizin təcrübəsindən istifadə etmək və onu gücləndirmək üçün rəqabət qabiliyyətimizi qoruyub saxlamaq və təkmilləşdirməkdir.
Bizim ünvan: Azərbaycan, Bakı, Heydər Əliyev pr-ti, 92 |
Telefonlar: +994 (12) 566-34-25; +994 (12) 514-26-20 Faks: +994 (12) 490-86-46 |