Etalon Security

"Etalon Security" Məhdud Məsuliyyətli Cəmiyyəti 27 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində yaradılmış və Dövlət Qeydiyyatına (VÖEN 1402403811) alınmışdır. Cəmiyyətə AR Daxili İşlər Nazirliyi tərəfindən 04 fevral 2013-cü il tarixli qeydiyyat nömrəsi 35 olan xüsusi icazə Lisenziya (041332) verilmişdir. "Etalon Security" MMC Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Qanunu" na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarına əsaslanaraq, Özəl Mühafizə Fəaliyyətini həyata keçirən qurumdur. Məhdud Məsuliyyətli Cəmiyyət təyinatına görə mühüm həyati əhəmiyyətli, rejimli obyektlərin təhlükəsizliyinin mühafizəsi xidmətini həyata keçirir. Bu xidmətin həyata keçirilməsi məqsədi ilə Cəmiyyətin tərkibində mühafizə bölməsi (qrupları) fəaliyyət göstərir, onlar Azərbaycan Respublikasının ərazisində yerləşən Hüquqi və Fiziki şəxslərə məxsus obyektlərin təhlükəsizliyinin mühafizə olunması məqsədi ilə yaradılmışdır."Etalon security” MMC-nin inzibati heyəti Hüquq-mühafizə orqanlarında işləmiş peşəkar, təcrübəli mütəxəssislərdən təşkil olunmuş, mühafizəçiləri isə xüsusi hazırlıq kursları keçmiş, idmanın müxtəlif növlərində naliyyətlər qazanmış, Azərbaycan Respublikası silahlı qüvvələrində xidmət etmiş əməkdaşlardan ibarətdir. Cəmiyyət tərəfindən müəsissə və təşkilatlara göstərilən xidmət qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilələr əsasında həyata keçirilir. Göstərilən xidmət növləri əsasən mühafizə olunan obyektlərin və əmlakın qorunması, buraxılış və obyektdaxili rejimlərin təmin edilməsindən ibarətdir. Mühafizə şirkəti olaraq "Etalon security” MMC keçirilən beynəlxalq səviyyəli və respublikadaxili tədbirlərdə, konkret tədbirlərdə (konsert, simpozium, konfranslar və s.) və beynəlxalq idman yarışlarında yüksək xidmət nümayiş etdirir. "Etalon security” MMC müxtəlif istiqamətli müəssisələrin, təşkilatların, cəmiyyətlərin, binaların, ofislərin və digər obyektlərin qısa və uzun müddətli yüksək peşəkarlıqla qorunmasını həyata keçirir, orada çalışan işçilərin və əmlakın təhlükəsizliyinin təmin edilməsinə tam zəmanət verir. "Etalon security” MMC Sizin təhlükəsizliyinizi , eləcə də rifahınızı hər an qoruyacaq peşəkar komandaya sahibdir.

"Etalon security” MMC – iki yüzdən artıq insanın çalışdığı yüksək ixtisaslı aparıcı və icraedici aparatdır. Bizim mühafizə agentliyinin əməkdaşları – yüksək ixtisas və iş təcrübəsi ilə fərqlənən peşakarların bütöv bir komandasıdır. Mühafizə müəssisəmizin əsasını məhz yüksək ixtisaslı,peşəkar heyət təşkil edir. Bu da şirkətə stabil inkişaf etmək və Sifarişçilər qarşısında öhdəliklərin yerinə yetirilməsini təmin etməyə şərait yaradır. Ciddi peşəkar seçim, ixtisasın müntəzəm artırılması, mühafizə firmalarında toplanmış iş təcrübəsi mühafizə xidməti bazarında bizim əməkdaşların işini fərqləndirir.

Bizim əsas üstünlüklərimiz:

  • Mühafizə olunan obyektlərdə bağlanmış müqavilə üzrə bütün öhdəliklərin tam şəkildə yerinə yetirilməsi;
  • Ən müxtəlif növ obyektlərdə və çətinlik səviyyələrində çoxillik iş təcrübəsi;
  • Cari fəaliyyətin müntəzəm analizi və işin təşkilinin daha effektiv yollarının axtarışı;
  • Işgüzar etikaya qüsursuz riayət və tam məxfilik;
  • Mühafizə xidmətləri üçün əlverişli qiymətlər;
  • Müştərilərlə işləyən zaman fərdi yanaşma.

Əsas məqsədlər:

  • Oğurluq, soyğunçuluq məqsədi ilə hücum və qarətin qabaqcadan qarşısını almaq;
  • Obyektin, xidmət heyətinin, müştərilərin təhlükəsizliyinin təmin olunması.

Vəzifə və funksiyalar

  • Xüsusi marşrut üzrə gecə-gündüz keşik çəkilməsi;
  • Qapalı sahədə müəyyən olunmuş mühafizə rejiminə riayət olunmasının təmin edilməsi;
  • Keşik-çəkmə zonasında maddi sərvətlərin mühafizəsinin təmin olunması və mühfizə olunmaq üçün təfil verilmiş obyektlərin lazımi vəziyyətdə saxlanması;
  • Mühafizə rejimində yaranan pozuntuların bildirilməsi, qarşısının alınması və aradan qaldırılması, ilkin müdaxiləsi;
  • Mühafizə rejimində nəzərdə tutulan tədbirlərin keçirilməsində iştirak;
  • Obyekt rəhbərinin göstərişi əsasında gözlənilməz hadisələri aradan qaldırılması;
  • Post və nəzarət-buraxılış məntəqələrinin təşkil olunması;

Nəzarət-buraxılış məntəqələrinin vəzifə və funksiyaları

  • Əməkdaşlar və müştərilərin icazəli keçidinin, eləcə də maddi sərvətlərin aparılib gətirilməsi və maşınla daşınmasının, yoxlanılmasının təmin olunması;
  • Mühafizə olunan əraziyə kənar şəxslərin icazəsiz daxil olmalarının qarşısının alınması;
  • Mühafizə olunan obyektə zərər dəyməsinə səbəb olan mümkün təhlükəli vəziyyətin vaxtında aşkar edilməsi;
  • Təhlükə və neqativ hallara operativ müqavimət göstərilmə mexanizminin təmin olunması;
  • Mühafizə olunan obyektin kollektivinin qanuni maraqlarına qarşı qəsdin qarşısının alınması;

Müştərinin arzusu əsasında obyektdə video-nəzarət sistemi quraşdırıb, video-kameraların rasional yerləşdirilmə nöqtələrinin seçilməsinə, onlara texniki xidmətin göstərilməsi tərəfimizdən təmin edilir.

Mühafizə sahəsində xidmət göstərdiyimiz təşkilatlar:

  • SOCAR-EKOL (QNKAR Ekoloji xidməti)
  • AFFA (Azərbaycan Futbol Federasiyası Asossasiyası)
  • Bakcell Arena
  • Ünvan: Səbail rayonu, 20-ci sahə,
    Səlyan şossesi 10, dalan 2. Bakı

    [email protected]

    Tel: +994 (12) 581 12 97

    Fax: +994 (12) 581 54 68

0.025537014007568