Group1 Security

Hal-hazırda biz Azərbaycan Beynəlxalq Mədən Şirkəti, Mars Overseas Baku LTD, Pepsi Cola Azərbaycan, BUE Caspian, Schlumberger, Cameron, PSL Energy Services, AJC Industrial Park, ATR-Bridon Caspian, Wartsilia, Petrofac Training, Halliburton, Rig Marine, AzAirTech Service, Baker Hughes, AzLogistics, Qaradağ Sement SC, AJG, Wembley Development, Consafe, Aker Solutions, AGR Subsea, Great Wall Drilling, Stork Technical Services kimi tanınmış beynəlxalq şirkətlər və bir sıra xarici ölkələrin səfirliklərinə mühafizə xidmətləri təmin edirik. Qrup-1 Sekyuriti şirkəti AmCham Azərbaycan, Britaniya Biznes klubu və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür. Qrup-1 Sekyuriti şirkəti Avropa, Asiya və Afrikada fəaliyyət göstərən bir sıra tanınmış mühafizə şirkətləri, o cümlədən, Böyük Britaniya və şimali Irlandiya Birləşmiş Krallığının Omni Security Services Limited və Horus Security Consultancy, Isveçrənin GPA Guarding Protection SA, VIP Protection & Security, Open-i Security, Omnisec AG, Rusiya Federasiyasının Vityaz–AK, Oskord, Stark Security və COP Obereg,Azərbaycan Respublikasının Absheron Engineering, Çex Respublikasının Vega Security, Türkiyənin BSS Security Systems Ltd., Birləşmiş Ərəb Əmirliklərinin ZETEK Communication LLC, Tayvanın SIANGSIU Industrial Corp. SURESAFE Technology Inc., dünyanın bir çox ölkəsində fəaliyyət göstərən International SOS kimi çoxsaylı tanınmış mühafizə şirkətləri ilə əməkdaşlıq edən Azərbaycanın yeganə mühafizə şirkətidir.
Biz öz işçi heyyətimizin peşəkarlığını sayəsində yüksək keyfiyətli xidmətin təmin edilməsinə zəmanət veririk. Qrup-1 Sekyiriti şirkətinin heyətinin böyük əksəriyəti Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşlarından və xarici mühafizə şirkətlərində uzun illər xidmət göstərmiş təcrübəli kadrlardan təşkil olunub. əməkdaşlarımız bir neçə xarici dildə sərbəst danışa bilirlər. Yerli şirkət olan Qrup-1 Sekyuriti şirkəti 15 ildən artıqdır ki, hazırda Azərbaycanın müxtəlif bölgələrində 475-dən artıq işçi heyəti ilə mühafizə xidməti təmin edir.
 
Xidmət... Xidmət... Xidmət...

Group 1 Security şirkəti Azərbaycanda ən qabaqcıl təhlükəsizlik şirkətlərindən biridir. şirkət yüksək ixtisaslı peşəkarlar tərəfindən idarə olunur. Bizim bütün sektorları təmsil edən çoxsaylı müştərilərimiz göstərdiyimiz yüksık keyfiyyətli xidmətlərdən olduqca məmnundurlar.
Təhlükəaizlik xidməti asan bir iş deyil. Bu işdə bir çox çətin və hətta təhlükəli vəziyyətlər ilə üzləşməli olursan. Biz bu işdə bütün çətinliklərlə üzləşmişik və öz müştərilərimizin etibarını qazanmışıq. Bu da bizim ən böyük və ən qiymətli aktivimizdir. Biz söz veririk ki, öz müştərilərimizi məmnun etməkdə göstərdiyimiz bu çevikliyi davam etdirəcəyik. Biz tam kompüterləşdirilmiş, ən qabaqcıl və ən yeni rabitə sistemi ilə təmin edilmiş, sutkada 24 saat əlaqə saxlanılması mümkün olan bir ofis qurmuşuq. Ilin 365 günü, gündüz və ya gecə istənilən vaxt siz bizə zəng edib cavab ala və dərhal xidmətlərimizdən istifadə edə bilərsiniz.

Biz inanırıq ki...

• Təhlükəsizlik planı hazırlayarkən o, rentabelli, zəruri dəyişikliklərin edilməsi üçün kifayət qədər çevik və qabaqcıl texnologiyalar ilə təmin edilmiş olmalıdır. 
• Işə götürüləcək bütün namizədlər tam və diqqətlə yoxlamadan keçməlidir. Sizin təhlükəsizliyiniz bizim işçi heyətimizdən və istifadəmizdə olan texnologiyadan asılıdır. 
• öz işimizi yerinə yetirərkən bütün imkanlardan istifadə edilməlidir.
• Müştərinin tam qane olmasını təmin etmək üçün onunla daim təmas saxlanmalıdır. 
• Kollektiv fəaliyyət təmin edilməli və peşəkar imic qorunmalıdır 
• Hazırkı təhlükəsizlik xidməti təminatçısından Group 1 Security şirkətinin keyfiyyətə misilsiz bağlılığına keçid müştəri üçün rahat olmalıdır. 
• Təhlükəsizliyə pozitiv yanaşma təhlükəyə reaksiya vermək deyil, onu önləməlidir.

Telefon :

(+994 12) 493 00 98

Ünvan :

AZ1014,Bakı,Şəmsi Bədəlbəyli küç. 96

Fax :

(+994 12) 498 78 69

0.028237104415894