Elmar Nurəliyev - Özünümüdafiə təlimlərində hər kəs iştirak edə bilər - FOTOLAR

Beynəlxalq əlbəyəxa döyüş federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Azərbaycan əlbəyəxa döyüş liqası olaraq silahsız özünümüdafiə təlimlərinə başlanıldı. Təlimlərdə yaşından və peşəsindən asılı olmayaraq hər kəs iştirak edə bilər. Şəxsə yönələn hər hansı bir təhlükə anında, təhdid və mübahisələr zamanı özünümüdafiə bacararıqları çox önəmlidir. Belə ki, qarşıdakı xoş niyyətli olmayan şəxsi psixoloji və fiziki olaraq zərərsizləşdirməyin qaydalarını öyrənmiş olur. Seçimə uyğun olaraq həm peşəkar həmdə həvəskar məşğul olmaq imkanı vardır. 

Əlbəyaxa döyüş sənəti qədim tarixə malikdir. Əsasən ordularda hərbiçilər arasında geniş yayılmışdır.Odlu silahların meydana gəlməsindən əvvəl, əlbəyaxa döyüş əsas döyüş növü idi.

Birinci Dünya müharibəsindən sonra XX əsrdə SSRİ-də hərbiçilər və polislər arasında əlbəyaxa döyüş sənəti geniş tədbiq olunmağa başladı.

 Hal hazırda Dünyanın demək olar ki, bütün ölkələrində silahsız əlbəyaxa döyüş öyrədilir.Əlbəyaxa döyüş üsullarından istifadə edərək pis niyyətli şəxsin mümkün qədər fiziki məhv edilməsini,onun zərərləşdirilməsi və tutulmasını təmin edir.

Zamanla bu idman növü dahada təkmilləşdirildi. 2006 cı ildə beynəlxalq federasiya yaradıldı. Hər il dünya və qitə çempionatları, dünya kuboku və beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir.Yarışlar bütün yaş qruplarında, kişilər və qadınlar arasında keçirilir.

Məşqlərimiz hər gün qrup və yaxud fərdi şəkildə keçirilir. Həm məşqlər həmdə təlimlər peşəkar müəllimlər tərəfindən və bizim fəxrimiz, SSRİ-nin idman ustası, Respublikanın əməkdar məşqçisi, beynalxalq ekstra dərəcəli hakim, Prezident mükafatçısı, beynalxalq əlbəyaxa döyüş federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Mübariz İbrahimovn rəhbərliyi ilə keçirilir.

 

 

 

0.014266014099121