Azərbaycandakı binalar zəlzələyə nə qədər davamlıdır? - Elmar Nurəliyev

"Azərbaycandakı binalar 9 ballıq zəlzələyə davamlı olaraq tikilib. Bu cür hallarda tikililərin, infrastrukturların davamlılığı qədər insanların düzgün davranış sərgiləməsi də vacibdir. Bunlar ikisi bir-birinə paralel olmalıdır. Təbii ki, binalara kənar müdaxilənin olunması, kənara çıxmalar, konstruksiya dəyişikliyi, yəni birinci mərtəbə və sütunlarda yerdəyişmə, binanın dayanıqlılığını sual altında qoyur. Belə hallar olarsa, bina daha tez dağılma təhlükəsi ilə üzləşir. İstər sahibkarlar, istər binanı işlədən səxslər bu cür halların baş verməməsinə diqqət etməlidirlər".

Bu sözləri təhlükəsizlik eksperti Elmar Nurəliyev Sonxeber.az-a bildirib.
Azərbaycandakı binalar zəlzələyə nə qədər davamlıdır? - RƏY

O həmçinin bildirib ki, ilkin təhlükəsizlik qaydaları ilə bağlı hər kəsin məlumatı olmalıdır və hər evdə təhlükəsizlik çantası olmalıdır:

"Ümumiyyətlə təbii fəlakətlər və texnogen qəzalardan heç bir məkan sığortalanmayıb.Sadəcə önləyici tədbirlər görməklə minimal zərərlə çıxmaq mümkündü. Bütün infrastrukturun istər yaşayış binası olsun, istər ictimai iaşə obyektləri olsun, həmin ərazinin yerləşdiyi seysmik ərazidə , çay qırağı, dəniz kənarı yerdə yerləşirsə, orada yerləşən bütün infrastrukturlar ona uyğun olaraq qurulmalıdır. Digər tərəfdən insanların ilkin davranış qaydaları ilə bağlı məlumatı olmalıdır. Hər bir şəxsin özünün müəyyənləşdirdiyi təhlükəsiz yer olmalıdır. Evə yıxılan əşyalar, avadanlıqlar, hamısının yerləşmə yerindən başlayır, daha sonra təhlükəsizlik yerinin müəyyənləşdirilməsi, daxili qapı arakəsmələrini seçə bilərlər, ora ən möhkəm hissədir və üzərinə ağır yad cisim, daş, dəmirin düşməməsi üçün stolun və ya şkafın içinə girərək özünü qorumuş olar. Hər evdə təhlükəsizlik çantası olmalıdır və bu çantada fənər, ilkin dərman vasitələri, qida rasionu və vacib sənədlər, pul olmalıdır. Çanta yanmayan materialdan olub və əlçatan yerdə olmalıdır ki, götürüb evi tərk etmək mümkün olsun. Evin içində qalaraq da o çanta ilə müəyyən müddət tələbatı ödəmək olar. Dağıntılar arasında qalarsa, fənərdən da istifadə edərək işıq siqnalı verə bilər və ya fitdən istifadə edərək səs siqnalı verə bilər. İlkin təhlükəsizlik qaydaları ilə bağlı hər kəsin məlumatı olmalıdır ,- deyə o qeyd edib.

Şəbnəm Lətifi

sonxeber.az

neymar.az

0.040134906768799