“İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması” mövzusunda təlim keçirilib - FOTO

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin rəhbərliyi ilə "İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması" və "Komandanın idarə edilməsi" mövzusunda təlim baş tutub.

1news.az xəbər verir ki, təlim zamanı ekspert Elmar Nurəliyev mövzu ilə bağlı ətraflı danışaraq iştirakçıların suallarını tam əhatə edib. İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması üçün lazım olan texniki və nəzəri biliklər dinləyicilərin nəzərinə çatdırılıb. Daha sonra təlimə dəvət olunan Mədəniyyət Nazirliyinin İxtisasartırma Mərkəzinin sektor müdiri, DİM-in imtahan rəhbəri Aydın Tağıyev iştirakçılara "Komandanın idarə edilməsi" mövzusunda informasiya verib. Təlimin xüsusi dinləyicisi "A-Sera MMC" şirkətinin təchizat müdiri Elşən Qəhəmanov olub. Sonda təlimdə iştirak edənlərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, "Elmar Security" MMC tərəfindən təşkil etdiyi təlimlər hər həftə keçirilir. Təşkil edilən təlimlər həm fərdi, həm də korporativ müştərilər üçün nəzərdə tutulur. Seminar və təlimlərdə iştirak edən şəxslərin müxtəlif şirkətlərə, idarə və müəssisələr peşəkar işçi kimi işlə təmin edilməsinə köməklik göstərilir. İştirak edənlər texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyi, sanitar-gigyenik normalar, ilkin tibbi yardım, komanda ilə iş və motivasiya mövzularında təlimlərə qoşula bilərlər. Təlimdə iştirak edənlərə sertifikatlar təqdim edildi.

Xatırladaq ki, iş yerində təhlükəsizlik əmək sisteminin yaradılması üzrə seminar və təlimlərdə bütün sahələrdə çalışan işçilər iştirak edə bilərlər.

 
  1.  
  2.  
  3.  
  4.  
  5.  
  6.  
  7.  
  8.  
  9.  
  10.  
  11.  

1news.az

0.029412984848022