Qapalı məkanlarda priotexniki vasitələrin istifadəsi niyə risklidir? - Elmar Nurəliyev

Əksər insanlar öz xoş, özəl günlərinin daha yaddaqalan, təmtəraqlı olmasını istəyir. Xüsusilə də nişan və toylarının gözəl keçməsini arzulayır. Lakin bəzən yol verilən diqqətsizliklər mənfi nəticələrə yol açır. Belə ki, restoran və şadlıq saraylarında istifadə olunan priotexniki vasitələr – fişəng, açıq alov, atəşfəşanlıq, qığılcım yaradan ləvazimatlar yanğın təhlükəsi yaradır.

Görəsən buna səbəb nədir?

Mövzuya dair Missiya.Az-a açıqlama verən Təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib ki, Qapalı məkanlarda açıq alovlarla şouların təşkili, priotexniki alətlərdən istifadə edilməməsi daha məqsədəuyğundur:

“Sözügedən hadisələrin baş vermə riski ətrafda tez alovlana bilən, yanma qabiliyyəti yüksək olan materiallar, kətan və parçaların olması ilə daha da artır. Nəzərə alaq ki, belə yerlərdə yüzlərlə insan eyni anda cəmləşir. Onların arasında azyaşlı uşaqlar, səhhətində müəyyən problemləri olan şəxslər, yaşlılar da yer alır. Qığılcım yaradan vasitələrdən ayrılan kimyəvi tərkibli tüstünün özünün toksiki xarakteri var və həmin məkanlarda qida da qəbul olunur. Bütün bunlar, xüsusilə də sadaladığım həssas insanlarda mənfi təsirlər göstərir”.


Elman Nurəliyev əlavə edib ki, priotexniki ləvazimatların rəsmi sənədi olmalı və ancaq açıq yerlərdə istifadəsi məsləhətlidir:

“Lakin qapalı məkanlarda istifadə zərurəti yaranarsa mütləq müvafiq qurumların rəyi olmalı, habelə yanğın təhlükəsizlik tələblərinə riayət edildikdən sonra tədbirlər həyata keçirilə bilər. Həmçinin, sözügedən vasitələrin sertifikasiyası olmalıdır. Habelə bunlardan istifadə edən şəxslərin də bacarığı, təcrübəsi və sertifikatı olmalıdır. Yanğın təhlükəsi yarada biləcək vasitələrin ətrafda olmaması da nəzərə alınmalıdır”.


Zərintac Mayisqızı
Missiya.Az

neymar.az

0.01229190826416