“ Bu halda ciddi təhlükə yaranır” - Elmar Nurəliyev

Bildiyimiz kimi artıq bir neçə gündür ki, dəniz mövsümü başlayıb.
Dənizə gedən kər kəs təhlükəsizlik qaydalarını bilirmi? Əlbəttə, yox. İstirahətin faciəyə çevrilməməsi üçün insanlar nəyə diqqət etməlidir?
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Adalet.az-a danışıb. Ekspertin sözlərinə görə, dənizə gedərkən ilk olaraq hava şəraiti nəzərə alınmalıdır: “ Gün batandan sonra, yağışılı, xüsusən küləkli havada dənizə getmək doğru deyil. Yəni insan öz həyatı üçün ciddi təhlükə yaradır. Dənizdə istirahət edərkən alkoqollu içkilər içmək, konservləşdirilmiş məhsul yemək qətiyyən yolverilməzdir. Bu məhsullardan istifadə edən şəxslərin dənzidə batması, isti havada zəhərlənmə riski daha yüksəkdir. Üzməyi bacarmayanların daha dərinə getməyi doğru deyil.
Tövsiyyə olunur ki, vətəndaşlar daha çox ictimai çimərliklərdən istifdə etsinlər. Bu həm vətəndaşın büdcəsinə xeyirdi, həm də orada xilasedicilər daha çox olur. Bir də əsas məsələlərdən biri dənizdə uşaqların davranışıdır. Valideynlər bu mözuda olduqca məsuliyyətli olmalıdır. Uşaqlara uzaq məsafəyə üzməyə icazə verməsinlər. Dənizdə uşaqlar daim nəzarətdə olmalıdır.”
Əntiqə Kərimzadə
adalet.az
neymar.az
