Tikinti sahəsi təhlükə riski yüksək olan sahədir - Elmar Nurəliyev

Bakı şəhərində fəhlələr təhlükəli vəziyyətdə işləyirlər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Gəncə prospektində bina inşa edən mənzil-tikinti kooperativlərindən (MTK) biri fəhlələrin təhlükəsizliyini təmin etməyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, tikinti sahəsi təhlükə riski yüksək olan sahədir:

“Ümumi istehsalatda baş verən qəzaların 50 faizindən çoxu bu sektorun payına düşür. Orada təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Hər bir işçi texniki təhlükəsizlik, fərdi mühafizə vasitələri ilə təmin edilməlidir. Bunun üçün obyekti inşa edən şəxslər əvvəlcədən təhlükəsizlik planı hazırlamalıdırlar”.

 

O qeyd edib ki, tikintidə istifadə olunan avadanlıqlar, çoxtonnajlı nəqliyyat vasitələri, yüksəklikdə görülən işlər kifayət qədər təhlükə yaradır:

“Bədbəxt hadisələrin böyük faizi yüksəklikdən yıxılmadır. Bunun səbəbi birbaşa işçinin məsuliyyətsizliyi, işəgötürənin nəzarətinin olmamasıdır. Ola bilməz ki, hündürlükdə olan işlər zamanı işçi belə məsuliyyətsizlik etsin və kimsə bunu görməsin”.

“Qanunvericiliyə görə, iki metrdən yüksəkdəki işlər artıq hündürlükdə görülən işlər sayılır. Bu zaman hər bir işçi qoruyucu kəmərdən istifadə etməlidir. Həmin kəmərlər xüsusi sertifikasiyalı və istifadə müddəti bir-iki illik olmalıdır.

Əgər işçi fərdi mühafizə vasitələri ilə təmin edilmirsə, o, bu işi görməyə bilər. Bunun üçün əməkhaqqısından tutula, töhmət verilə bilməz. İşəgötürən də fərdi istifadə vasitələri verirsə, işçi istifadə etmirsə, onu işdən çıxara bilər”, - deyə ekspert əlavə edib.  

İlhamə Əbülfət

oxu.az

neymar.az

0.025490999221802