EKSPERT Elmar Nurəliyev : “Təhlükəsizlik qaydalarının hər biri dərsliklərə salınmalıdır”

İnkişaf etmiş cəmiyyətlərdə inteqrasiya birbaşa təhsildən başlayır. Yəni təhsil cəmiyyəti formalaşdırır. Bizim cəmiyyətdə də müəyyən inkişaf prosesi baş verdiyini nəzərə alsaq, təhsilin yüksək səviyyədə olduğunu düşünərik. Bununla yanaşı şagirdlərin məktəbdə təhlükəsizliyinin qorunması da vacib məqamdır. Valideynlər üçün ən həssas məqamlardan biri də övladlarının təhlükəsizliyidir.

Belə bir atalar sözü var: “Ehtiyat igidin yaraşığıdır”. Bəs bizim təhsil ocaqlarında fövqaladə hallardan nə dərəcədə ehtiyat edirlər? Şagirdlərin təhlükəsizliyinin qorunması hansı səviyyədədir?

Sözügedən məsələ ilə bağlı ekspert Elmar Nurəliyev Adalet.az-a danışıb.

Ekspertin sözlərinə görə, uşaqlar hələ təhlükəsizlik qaydalarını düzgün bilmədiyi üçün bu məsələyə həssas yanaşılmalıdır.

“Ümumiyyətlə, təhlükəsizlik qaydalarına təkcə yanğın və ya hər hansı bir fövqaladə hal daxil deyil, kənar təhdid də təhlükəsizlik qaydalarına daxildir. İstənilən təhlükəni gördükdə onun üçün ilkin addımlar atmaq, həmin təhlükədən daha az zərərlə qurtulmaq deməkdir. Məktəblilərin yaş həddini nəzərə alsaq, görərik ki, onlar təhlükəsizlik qaydalarını bilməkdikləri üçün təhlükənin qarşısını koordinasiyalı ala bilmirlər. O üzdən təhlükəsizlik tədbirləri maksimal qaydada olmalıdır. Hesab edirəm ki, bütün məktəblərdə təhlükəsizlik qaydaları adiyyatı qurumlar tərəfindən icra olunmalıdır. Məktəbin köməkçi binalarında, nasosxana, qazanxana, generator otaqları, məktəbin zirzəmisi, idman zalı, lobarotoriya otaqları, əmək təlimi keçirilən otaqlar, informatika dərsi keçirilən otaqlar, yəni insanların həyat və sağlamlığı üçün daha çox təhlükə olan yerlərdə bütün təhlükə riskləri önlənməlidir.

Elmar Nurəliyev deyir ki, təhlükəsizlik qaydaları haqda şagirdlərin ilkin bilikləri olmalıdır.

“Şagirdlərin təhlükəsizlik qaydalarına əməl etməsi üçün ilkin vərdişləri formalaşmalıdır. Onlar fövqaladə vəziyyətdə necə davranmalı olduqlarını bilməlidirlər. Hər hansı bir kənar təhdidə necə reaksiya verməlidirlər. Bu kimi halları bilmık üçün mütləq məlumatlı olmalıdırlar. Düşünürəm ki, bütün bu qaydaları mükəmməl şəkildə bilmək üçün təhlükəsizlik qaydalarının hər biri dərsliklərə salınmalıdır. Praktik olaraq idman və əmək dərslərində bu qaydaların öyrədilməsi də müsbət haldır”.

Əntiqə Kərimzadə

adalet.az

neymar.az

0.028475999832153